Heydər Əliyev Fondunun növbəti mərhəmət
nümunəsi
Fevralın 14-də Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki
uşaq evinə baş çəkiblər.
AZƏRTAC xəbər
verir ki, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda
Gəncə şəhər
uşaq evi üçün daha bir korpusun inşasının
aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb.
Burada iki yataq otağı,
qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.
Mehriban Əliyeva
uşaq evindəki şəraitlə tanış oldu, müəssisənin azyaşlı
sakinləri ilə görüşdü.
Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili
ilə maraqlandı.
Uşaqlar da Mehriban Əliyevanın
ətrafına toplaşıb
istək və arzuları ilə bölüşdülər, oxuduqları
kitablardan, maraq göstərdikləri oyunlardan,
sevdikləri əyləncələrdən
danışdılar.
Uşaqları böyük
maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlara yaxşı oxumağı tövsiyə
etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə
yanaşmalarının əhəmiyyətini
vurğulayaraq dedi:
-Çox sağ olun,
uşaqlar. Çox sağ olun
ki, məni belə gözəl rəqslə qarşıladınız.
Çox
gözəl oynayırsınız.
Direktor Nazilə
İsmayılova: Siz sağ olun, Mehriban xanım. Uşaqların adından Sizə
təşəkkür edirik.
Hər zaman Sizin isti qəlbinizin
məhəbbətini hiss edirik.
O qəlbin istiliyini
hiss edirik ki, bu uşaqlar 2017-ci ildə Sizin təşəbbüsünüzlə 10 gün Moskva şəhərində oldular,
istirahət etdilər,
yeni dostlar tapdılar. Minnətdarıq, var olun,
Allah Sizi, möhtərəm
Prezidentimizi, ailənizi
qorusun. Hər zaman dualarımız
Sizinlədir.
Mehriban Əliyeva:
Çox sağ
olun. Bizim bu gözəl
balalarımıza öz
sevgimi çatdırıram.
Bilin ki, siz bizim
ölkəmizin gələcəyisiniz,
siz mənim üçün çox əzizsiniz. Sizin indi
əsas vəzifəniz
ondan ibarətdir ki, yaxşı oxuyasınız, bilikli, savadlı olasınız.
Çünki Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz.
Mən də hər zaman Sizin yanınızdayam.
Nazilə İsmayılova:
İnşallah. Çox
sağ olun, Mehriban xanım, təşəkkür edirəm.
Qeyd edək ki, bu
müəssisə 1997-ci ildən
fəaliyyət göstərir
və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri
yenilənib, mərkəzləşdirilmiş
istilik sistemi yaradılıb. İkimərtəbəli
binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik
uşaq evində hazırda 40-ı oğlan,
28-i qız olmaqla, ümumilikdə 68 uşaq
tərbiyə alır.
Onlardan
14 nəfəri azyaşlı,
digərləri isə
məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə
50 nəfərlik işçi
heyəti məşğul
olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli
təşkili üçün
attraksionlar quraşdırılıb,
ərazidə yaşıllıq
sahələri salınıb.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 15 fevral.- S.3.