Birinci vitse-prezidentin təşəbbüsü
ilə uşaq bağşası yenidən
qurulacaq
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki
32 nömrəli körpələr
evi-uşaq bağçasına
baş çəkiblər.
AZƏRTAC xəbər
verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda
4 qrup üzrə 75 uşağın təlim-tərbiyə
aldığını dedi.
Bildirildi
ki, ümumilikdə 20
nəfərlik heyət
uşaqların sağlam,
bilikli, bacarıqlı
və vətənpərvər
ruhda böyümələri
üçün çalışır.
Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün
ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək,
fiziki və zehni sağlamlığını
qorumaq məqsədi daşıyır.
Mehriban Əliyevanın diqqətinə
çatdırıldı ki,
32 saylı körpələr
evi-uşaq bağçasının
yerləşdiyi bina
1985-ci ildə inşa
edilib. Hazırda bu məktəbəqədər
təhsil müəssisəsində
əsaslı təmirə
ehtiyac yaranıb.
Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi
ilə ölkəmizdə
yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər
Əliyev Fondunun məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki
32 saylı körpələr
evi-uşaq bağçasının
da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata
keçirilməsinin vacibliyini
vurğuladı.
Azərbaycan.- 2019.- 15 fevral.- S.3.