Mir Cəlal irsi Gəncədə layiqincə
yaşadılır
Fevralın 14-də Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə
Mir Cəlal Paşayevin
ev-muzeyində olublar.
AZƏRTACxəbər verir ki, ev-muzeyinin direktoru İradə İbayeva muzey və onun nəzdində
elmi-ədəbi tədqiqat
şöbəsinin Azərbaycan
nəsrinin görkəmli
nümayəndəsi, Əməkdar
elm xadimi, yazıçı-alim
Mir Cəlal Paşayevin
100 illik yubileyi ərəfəsində ədibin
xatirəsinə ehtiram
əlaməti olaraq yaradıldığını bildirdi.
2007-ci ildə istifadəyə verilən
ev-muzeyinə ədibin
pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.
Mir Cəlal
Paşayevin ev-muzeyinin
Gəncə şəhərində
fəaliyyət göstərməsi
təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da,
taleyi onu qədim Gəncə şəhərinə gətirib
çıxarıb. Ədib həmişə
Gəncəni sevib və doğma şəhəri bilib.
Mir Cəlal Paşayevin
uşaqlıq, gənclik
və tələbəlik
illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin
ekspozisiyasında əksini
tapıb. Hazırda eksponatların
sayı 300-dən artıqdır.
Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat
şöbəsi fəaliyyətə
başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın
tədqiqinə, araşdırılmasına
xidmət edir.
Mir Cəlal
Paşayev muzey kompleksində mütəmadi
olaraq şair və yazıçıların
kitab təqdimatları,
şəhər ziyalıları
ilə görüşlər,
konsertlər, şagird
və tələbələr
üçün ədəbiyyat
dərsləri, ekskursiyalar
və digər ədəbi-bədii tədbirlər
keçirilir. Muzey fəaliyyətə başladığı gündən
şəhər əhalisinin,
tələbə və
şagirdlərin ziyarətgahına
çevrilib.
Azərbaycan.- 2019.- 15 fevral.- S.3.