Serbiya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Aleksandar Vuçiçə
Hörmətli cənab
Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri,
istər ikitərəfli
qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı etimad
və dəstəyə
əsaslanan əməkdaşlığımız
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 15 fevral.-
S.5.