Doktorantlara, ali təhsil, orta ixtisas və
peşə təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlərin verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, doktorantlara, ali
təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
dövlət qayğısını
artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara
alıram:
1.
Dövlət büdcəsinin
vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlər aşağıdakı
məbləğlərdə müəyyən edilsin:
2.
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə
doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə
doktorantlara - 180 manat
1.2. ali
təhsil müəssisələrində
və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd
alan tələbələrə
- 170 manat
magistratura səviyyəsi
üzrə:
akademik göstəriciləri
91-100 bal olan tələbələrə
- 145 manat
akademik göstəriciləri
71-100 bal olan tələbələrə
- 120 manat
akademik göstəriciləri
51-100 bal olan tələbələrə
- 80 manat
bakalavriat səviyyəsi
üzrə:
akademik göstəriciləri
91-100 bal olan tələbələrə
- 130 manat
akademik göstəriciləri
71-100 bal olan tələbələrə
- 110 manat
akademik göstəriciləri
51-100 bal olan tələbələrə
- 75 manat
1.3. orta
ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri
91-100 bal olan tələbələrə
- 75 manat
akademik göstəriciləri
71-100 bal olan tələbələrə
- 60 manat
akademik göstəriciləri
51-100 bal olan tələbələrə
- 50 manat
1.4. Peşə təhsili müəssisələrinin
tələbələrinə - 50 manat.
2. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində əyani
təhsil alan tələbələrə dövlət
büdcəsinin vəsaiti
hesabına təqaüdlər
dövlət sifarişi,
dövlət hesabına
və ödənişli
əsaslarla təhsil almalarından asılı
olmayaraq, ümumi orta müvəffəqiyyət
göstəricisi nəzərə
alınmaqla, fənlər
üzrə akademik nailiyyətlərinə görə
bu sərəncamın
1.2-ci və 1.3-cü bəndləri
ilə müəyyən
edilmiş məbləğlərdə
ödənilsin.
3. Bu sərəncamın
1.1-ci və 1.4-cü bəndləri
ilə müəyyən
edilmiş təqaüdlər
yalnız dövlət
büdcəsinin vəsaiti
hesabına təhsil alan doktorantlara
və peşə təhsili müəssisələrinin
tələbələrinə ödənilsin.
4. Müəyyən
edilsin ki, təqaüdlərin ödənilməsi,
doktorantura pilləsində,
orta ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində dövlət
sifarişi və dövlət hesabına təhsilalanların sayı
saxlanılmaqla, dövlət
büdcəsindən təqaüd
üçün ayrılan
vəsait həddində
həyata keçirilir.
5. "Doktorantlara,
ali təhsil, orta ixtisas və
ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və
şagirdlərinə verilən
təqaüdlərin artırılması,
həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsi üzrə
tələbələrinə təqaüdlərin verilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 8, maddə
988; 2015, ¹ 11, maddə 1339; 2016, ¹ 1, maddə 134; 2017, ¹ 5, maddə
934; 2018, ¹ 5, maddə 1022), 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilsin.
6. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
7. Bu sərəncam
2019-cu il martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 15 fevral.- S.5.