“Azərbaycan Respublikasının ali
məktəb tələbələri üçün
Prezident təqaüdünün təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında
təhsil sahəsində
ən yüksək nəticələr əldə
etmiş tələbələrə
dövlət qayğısını
gücləndirmək məqsədilə
qərara alıram:
1."Azərbaycan Respublikasının
ali məktəb tələbələri üçün
Prezident təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 9, maddə
579; 2004, ¹ 9, maddə 684; 2006, ¹ 12, maddə 1056; 2008, ¹ 9, maddə
796; 2013, ¹ 9, maddə 1049; 2018, ¹ 5, maddə 935) 1-ci hissəsində
"185 (yüz səksən
beş)” sözləri
"210 (iki yüz on)”
sözləri ilə əvəz edilsin.
2. Bu fərman
2019-cu il martın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 15 fevral.- S.5.