“Xocalı
– şahidlərin gözü
ilə” sənədli-tarixi
kitabı ingilis və rus dillərində
nəşr olunub
"Xocalı
– şahidlərin gözü
ilə” sənədli-tarixi
kitabı ingilis və rus dillərində
nəşr olunub.
AZƏRTAC xəbər
verir ki, kitabda Xocalı soyqırımının canlı
şahidlərinin xatirələri
toplanıb.
Kitabın ideya müəllifi Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov,
redaktoru "Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev, tərtibçisi
isə "Azərbaycan”
qəzetinin şöbə
redaktoru İxtiyar Hüseynlidir.
Kitab ingilis və rus dillərinə Azərbaycan Dövlət Tərcümə Mərkəzi
tərəfindən tərcümə
olunaraq nəşr edilib.
"Xocalı şahidləri danışır”
kitabı professor Əli
Həsənovun "Xocalı
soyqırımı: səbəbləri,
nəticələri və
beynəlxalq aləmdə
tanınması” adlı
məqaləsi ilə
başlayır. Məqalə XX əsr ərzində ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
etnik təmizləmə
və soyqırımı
cinayətlərindən, ölkəmizə
qarşı ərazi iddialarından bəhs olunur.
Bu nəşrlərin
dünyanın bir çox ölkələrində,
beynəlxalq kitab sərgilərində təqdimatlarının
təşkil olunması,
xarici universitetlərə,
kitabxanalara, eləcə
də kütləvi informasiya vasitələrinə
çatdırılması nəzərdə tutulur.
"Xocalı
– şahidlərin gözü
ilə” sənədli-tarixi
kitabının nəşri
Xocalı soyqırımının
tanıdılması, bu
istiqamətdə araşdırmaların
aparılması, faciə
ilə bağlı xatirələrin gələcək
nəsillərə ötürülməsi,
yaddaşların təzələnməsi
baxımından önəmli
addımdır.
Azərbaycan.- 2019.- 15 fevral.- S.7.