Cəfər Cabbarlı irsi öyrənilir

 

Dramaturqun bu vaxtadək naməlum qalan "Kazım bəy” romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək

 

Prezident İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır. Bu münasibətlə akademiyanın Humanitarİctimai elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının ev-muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcək.

Bu barədə məlumat verən Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, konfransda elmi məruzələrin edilməsi ilə yanaşı, Cəfər Cabbarlıya həsr edilmiş film, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək.

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev-muzeyində də elmi konfranslarelmi sessiyalar, sərgilər təşkil olunacaq.

Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan "Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcək. Bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.

Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd var. Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 15 fevral.- S.11.