Avropada ilk “Azərbaycan
Ticarət Evi”
İki il öncə Belarusda fəaliyyətə
başlayan mərkəzdə
Azərbaycan şirkətlərinin
istehsal etdiyi 20-dən
çox çeşiddə
məhsul "Made in Azerbaijan” brendi ilə nümayiş olunur
Azərbaycan məhsullarının ixracının
genişləndirilməsi və
"Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə
ticarət evlərinin
açılması əhəmiyyətli
tədbirlərdəndir. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının
ixracının təşviq
edilməsi məqsədilə
xarici ölkələrdə
bu gün 7 "Azərbaycan Ticarət Evi” fəaliyyətdədir.
Onlardan ilki 2017-ci ilin may ayında Belarusda açılıb.
Azərbaycan-Belarus iqtisadi
münasibətləri yeni
mərhələdə
İki ölkə arasında diplomatik əlaqələrin
yaradılması haqqında
protokol 11 iyun
1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında
isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında
Azərbaycanın Belarusda
səfirlikləri açılıb.
Bu il
uğurlu diplomatik münasibətlərin 26 ili
tamam olan Belarus-Azərbaycan əlaqələri
artıq yeni inkişaf mərhələsindədir.
Son illərdə fəal
qarşılıqlı əlaqələr
iki ölkəni bir-birinə o dərəcədə
yaxınlaşdırıb ki,
nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı dost ölkələr
hesab edirlər. İndiyədək iki ölkə
arasında 118 mühüm
tərəfdaşlıq sənədləri
imzalanıb.
"Made in Azerbaijan” brendi
ilə məhsullarımızın
nümayiş oldunduğu
bu ticarət evi artıq iki ilə yaxındır
ki, fəaliyyətdədir.
Ticarət evinin açılışı
ilə bağlı danışıqlar 2016-cı ildə
aparılıb. Belə ki,
həmin ilin noyabr ayında Azərbaycana səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Prezident İlham Əliyev arasında aparılan danışıqlar zamanı
Belarusda "Azərbaycan
Ticarət Evi”nin yaradılması məsələsi
də müzakirə mövzusu olub. Prezidentlərin apardığı danışıqlardan sonra
qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin
artırılması, Azərbaycanın
idxalında Belarus məhsullarının
payının çoxaldılması,
bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı
və emal sənayesi məhsullarının
Azərbaycandan idxal olunması barədə tapşırıqlar verildi.
Bu görüşdən cəmi
6 ay sonra isə həmin tapşırıqların
icrası olaraq, Azərbaycan İqtisadiyyat
Nazirliyi tərəfindən
Belarusun paytaxtı
Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan "Azərbaycan Ticarət Evi” yaradıldı.
İlk "Azərbaycan
Ticarət Evi”nin açılışı
2017-ci il may ayının 27-də Belarusda
hər iki ölkənin dövlət
və hökumət nümayəndələrinin, o cümlədən
Azərbaycan-Belarus Parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvlərinin, həmçinin
iş adamlarının
iştirakı ilə
"Azərbaycan Ticarət
Evi”nin açılışı
oldu.
Tədbirdə çıxış edən
iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının
iki ölkələ arasında siyasi-iqtisadi əlaqələrin genişləndirilməsinə
böyük önəm
verdiyini vurğulayaraq,
Azərbaycan-Belarus əməkdaşlığının
qarşılıqlı dostluq
prinsipləri üzərində
qurulduğunu, uğurla
inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsində
olduğunu diqqətə
çatdırdı. Şahin Mustafayev
Minskin gözəl guşələrindən birində
"Azərbaycan Ticarət
Evi”nin açılmasının
iqtisadi əlaqələrin,
investisiya əməkdaşlığının
genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə
töhfə verəcəyini
vurğuladı.
Heç bir vasitəçi olmadan Belarusa birbaşa ixrac
Bu gün
ticarət evi "Made
in Azerbaijan” brendinin Belarus bazarında
daha çox tanıdılması, Azərbaycan
məhsullarının ixracının
təşviqi və genişləndirilməsi sahəsində
fəaliyyət göstərir,
satışı təşkil
edir, bu sahədə əlaqələndirməni
həyata keçirir. Ticarət
evində daimi fəaliyyət göstərən
sərgidə Azərbaycanın
30 şirkətinin istehsal
etdiyi (şərab və konyak, meyvə şirələri,
kompotlar, mineral sular, tərəvəz, mürəbbələr,
turşular, konservlər,
bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin "ASAN” və "ABAD” stendləri
də ziyarətçilərə
təqdim edilir.
Bu ticarət
evinin açılması
həm də Azərbaycan məhsullarının
heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün
gözəl imkan yaradıb.
Ötən il noyabrın 19-da Belarusda rəsmi səfərdə olan Prezident İlham Əliyev Minskdə "Azərbaycan Ticarət Evi” ilə də
tanış oldu.
Bu məsələyə
prezidentlərin geniş
tərkibli görüşündə
və mətbuata bəyanatlarla çıxışlarında
da toxunuldu. İlham
Əliyev qeyd etdi ki, şəhərin
mərkəzində Azərbaycanın
yaraşıqlı guşəsi
yaradılıb və
orada nailiyyətlərimiz
Belarus vətəndaşlarına nümayiş etdiriləcək:
"Bizim məhsullarımız
artıq Belarus bazarına
çıxıb və
onlara yaxşı tələbat var. Biz bu baxımdan belaruslulardan geri qalmışıq. Artıq Bakıda yüksək keyfiyyətli
və bizim vətəndaşlar arasında
çox məşhur
olan Belarus məhsullarını
satan yeddi
ticarət müəssisəsi
mövcuddur. Biz məhsullarımızı Belarus bazarına çıxarmaq
niyyətindəyik. Düşünürəm ki, bu, həm
bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi
möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını
daha çox nümayiş etdirəcək”.
Belarusda məhsullarımıza
böyük tələbat
var
Belarus Prezidenti
Aleksandr Lukaşenko isə öz növbəsində bldirdi
ki, beynəlxalq ticarət ikitərəfli
ticarətdir. Buna görə də Belarus bazarında Azərbaycan mallarının
artırılmasına maraq
var. Ona görə də gələcəkdə
bu şəbəkəni
inkişaf etdirərək
vilayət mərkəzlərinə
keçmək nəzərdə
tutulur: "Tanrının
izni ilə, bu mağazalar və bu ticarət
evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə
belaruslar almır.
Ukrayna hadisələri ilə əlaqədar bütün
axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox
böyük tələbat
var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti
bacaran ən yaxşı adamlardır, mən bunu həmişə
etiraf etmişəm.
Bunu necə etməyi biz sizdən öyrənməliyik.
Bununla əlaqədar keçən il
Minskdə ticarət evi açılmasını
alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış
artımı istiqamətləri
üzrə təklifləri
bundan sonra da dəstəkləmək
niyyətindəyik”.
Aleksandr Lukaşenko onu da əlavə etdi ki, Belarus Azərbaycan investisiyalarına
və yüksək səviyyəli məhsullarına
maraq göstərir. Hazırda Azərbaycan
məhsulları "Azərbaycan
Ticarət Evi”ndə geniş təqdim edilir. Onların Belarus alıcılarında maraq oyatmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin
vilayət mərkəzlərinə
genişləndirilməsi haqqında
qərar qəbul edib.
Ticarət evinin məqsədi və xidməti
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, Azərbaycan məhsullarının
ixracının dəstəklənməsi,
ixracın həcminin və coğrafiyasının
genişləndirilməsi, "Made in
Azerbaijan” brendinin təşviqi
məqsədilə artıq
7 ölkədə "Azərbaycan
Ticarət Evi” fəaliyyət göstərir.
Bu il daha
bir neçə olkədə yeni ticarət evlərinin açılması gözlənilir.
Xarici ölkələrdə
açılan ticarət
evlərinin məqsədi
və xidmətinə
gəlincə isə onu deyə bilərik
ki, bu mərkəzlər
istehsal olunan məhsulun heç bir vasitəçi olmadan ixracına imkan yaradır, ölkələr arasında
iqtisadi əlaqələrin
daha da genişlənməsinə
stimul verir və xarici iş adamlarını Azərbaycan məhsulları
ilə yaxından tanış etməklə
ölkəmizə investisiyaların
cəlb olunmasına şərait yaradır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 17 fevral.- S.4.