İstehsal da artır, ixrac da...

 

Zaqatala gül, fındıq, tütün barama məhsulları ilə "Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına böyük töhfə verir

 

Hazırda ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün mühüm istiqamətlərdən biri regionların özünü maliyyələşdirməsi mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunmasıdır. Bununla əlaqədar icra strukturlarına idxalı əvəzedən ixracyönümlü istehsal, emal infrastruktur müəssisələrinin yaradılması, inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verilib. Buna uyğun olaraq Zaqatala rayonunda da məqsədyönlü tədbirlər davam etdirilir.

 

Ölkəmizi dünyada daha çox tanıdan bölgə

 

Təsadüfi deyil ki, Zaqatala son illər qida sənayesinin inkişaf etdirilməsi istiqamətində öz sözünü deməkdədir. Eyni zamanda "Made in Azerbaijan” brendli məhsulları ilə ölkəmizi dünyada daha çox tanıdan bölgələrimizdəndir. İxrac yönümlü məhsullar arasında isə qərzəkli meyvələr, xüsusən fındıq xüsusi çəkiyə malikdir.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə deyir ki, Prezident İlham Əliyevin göstərişi əsasında ənənəvi sahələrdən olan pambıqçılıq, fındıqçılıq, tütünçülük kümçülüyün inkişafı eyni zamanda ixrac yönümlü məhsulların artımına da əhəmiyyətli töhfədir. Prioritet seçilən müvafiq istiqamətlərlə bağlı dövlət başçısının verdiyi tövsiyələr Zaqatalada da yerinə yetirilib. Respublikamızda gedən inkişaf fındıqçılıqda da özünü göstərib.

Belə ki, qərzəkli bağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilib. Bu məqsədlə rayonda ötən illərdə təsis olunmuş Fındıq İstehsalçıları İxracatçıları Assosiasiyası İctimai Birliyi, eləcə "Zaqatala Aqrosənaye” MMC "Agrarco” MMC-nin fəaliyyəti uğurlu olub.

 

19 min 505 hektarlıq fındıq bağları

 

Fındıq bağı sahələrinin artırılması istiqamətində əhali arasında mütəmadi maarifləndirmə işləri aparılıb. Bütün qüvvələr səfərbər olunmaqla Zaqatala rayonunda proqnozlaşdırılmış 10 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər başa çatmaq üzrədir.

Məlumat üçün bildirək ki, fındıqçılığın inkişaf etdirilməsi üçün 2016-cı ilin payızında 1 milyon 700 min ədəd pöhrə tədarük olunmaqla, rayonda 2560 hektar sahədə yeni fındıq bağı salınıb. Ümumi fındıq bağlarının sahəsi 16 min 420 hektara çatdırılıb. 2017-ci ilin yaz mövsümündə isə 598 hektar sahədə yeni fındıq bağları salınıb. Məqsədyönlü tədbirlər davam etdirilərək elə həmin ilin payız mövsümündə 1134 hektardan artıq sahədə yeni bağlar salınaraq rayonda mövcud fındıq bağları 18 min 151,5 hektara çatdırılıb.

Keçən il fındıq bağlarının salınması sistemli şəkildə davam etdirilib. Beləliklə 2018-ci ilin yazında 352 hektar, payızında isə 1001,5 hektar olmaqla, cəmi 1353,5 hektar sahədə yeni fındıq bağları salınıb ki, hazırda mövcud bağlar 19 min 505 hektar təşkil edir.

 

Ötən il 15 min 69 ton fındıq satılıb

 

Müvafiq sahənin inkişafına elmi yanaşmanın təmin edilməsi üçün rayonda fəaliyyət göstərən Meyvəçilik Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bağçılıq Dayaq Məntəqəsində sınaq məqsədi ilə "Ocaq şəkilli”, "V” şəkilli, "Cərgə üsullu "8*8” əkin sxemləri ilə bağlar salınıb. Gələcəkdə əkilməsi üçün "Ata-babafındıq sortuna aid 8 min ədəd ting yetişdirilir.

Fındıq məhsulunun istehsalı ondan əldə olunan gəlirlər illər üzrə dinamikada cəlbediciliyi ilə seçilir. 2016-cı ildə 8910 ton fındıq istehsal olunduğu halda, bundan təxminən 78 milyon manata qədər vəsait əldə olunub. 2017-ci ildə isə 14 min 200 ton məhsuldan 124 milyon manata yaxın gəlir götürülüb. 15 min 69 ton isə fındıq 2018-ci ildə istehsal olunub həmin məhsulun realizasiyası tam yekunlaşmadığı üçün əldə olunan qazanc bəlli deyil. Hələ ki, satış davam edir. Buna baxmayaraq qazancın əvvəlki illərdən çox olacağı ehtimalı böyükdür.

 

Almaniya, İtaliya, Rusiya Türkiyəyə birbaşa ixrac

 

Hazırda sahibkarlar fındıq ləpəsinin satışını ya Türkiyədən olan həmkarları vasitəsi ilə, yaxud da birbaşa reallaşdırırlar. Rayon ərazisində fındıq emalı ilə məşğul olan qida sənayesi müəssisələri birbaşa Almaniya, İtaliya, Rusiya Türkiyəyə öz məhsullarını satırlar. Bu da həmin müəssisələrin sənaye potensialı üçün böyük baza formalaşdırır.

Bu gün Zaqatala ixrac potensialına malik gül, fındıq, tütün barama məhsulları ilə "Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına öz töhfəsini verməkdədir.

Hazırda əkilən fındıq bağları da yaxın gələcəkdə Zaqatalanın inkişafına lazımi təsirini göstərəcək. Çünki fındıq əkildikdən ən azından 5-6 il sonra məhsul gətirir. Rayonda 2006-cı ildə əkilmiş ağaclar indiki halda normal məhsul verməkdədir.

 

Məhsullarımız dünya bazarında şöhrət qazanır

 

Zaqataladakı fındıq emalı müəssisələrindən "Aqrovest” MMC xüsusi ilə seçilir. Direktor Malik Aslanov deyir ki müəssisə 2000-ci ildən fəaliyyətdədir. Onlar öz məhsullarını Rusiya Federasiyasına, əsasən Avropa ölkələrinə ixrac edir. Bu sıraya Almaniya, Fransa, İsveçrə, İtaliya daxildir. Ümumilikdə isə müəssisənin məhsulları keyfiyyətinə görə dünyada tanınır.

2018-ci ildə müəssisə 5 min tona qədər fındıq məhsulu qəbul edib bundan da təxminən 4 min tonu artıq emal edilib. Onun da 1000 tonu sifarişçilərə çatdırılıb. Hazırda qalan məhsulun satışa hazırlanması istiqamətində işlər gedir. Müqavilə bağlanan şirkətlərə tələbə uyğun həcmdə fındıq göndərilir.

Əsas tədarükçülər Zaqatala, Qax, Balakən Qəbələ fındıqçılarıdır.

Müəssisədə işçilərin sayı 200 nəfərdir. Bunlar Lahıc, Suvagil, Qımır, Bəhmətli Zəyəm kəndlərinin sakinləridir.

Məhsulun keyfiyyəti ilə bağlı müəssisədaxili laboratoriya da fəaliyyət göstərir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri buradakı məhsuldan götürdükləri nümunəyə verdikləri rəydən sonra məhsul xaricə göndərilir.

Görünən odur ki, Zaqatalada fındıqçılıq sahəsi başda olmaqla çoxlu sayda ixracyönümlü məhsullar var. Diqqətçəkən tərəfi həmin məhsulların satış bazarı baxımından korluq çəkməməsidir. Nəticədə həm əliqabarlı istehsalçı qazanır, həm emal prosesində iştirak edən zəhmətkeş insanlar. Bizə isə sonda bunu demək qalır: "Məhsulunuz hər zaman bol, ruziniz bərəkətli olsun”!

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.4.