Xalq - Prezident vəhdətinin təntənəsi
növbəti dəfə Sumqayıtda yaşandı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 18-də
Sumqayıta səfəri
çərçivəsində burada inşa edilən dənizkənarı
bulvarda yaradılan şəraitlə tanış olub.
AZƏRTACxəbər verir ki, dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər.
Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz yaratmısınız.
Prezident İlham Əliyev: Xoş gördük, çox sağ olun, necəsiniz?
Sakin:Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün,
bizim üçün
toy-bayramdır. Bunun iki
böyük amili, bir nəticəsi var. O amilin biri odur
ki, hörmətli Prezidentimiz,
Ali Baş
Komandanımız xalqın arasındadır. İkinci
böyük amil ondan ibarətdir ki, ölkəmizin
bütün əhalisi, bütün
sakinləri Prezidentimizin tərəfindədir.
Bunun nəticəsi nədir? Nəticə
odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə
olur ki, öz ayaqqabısının ölçüsü
qədər bir iş
görə bilməyənlər bu qədər
gözəlliyə, bu qədər inkişafa ağız büzürlər. Amma onlar bu monolit
birliyin qabağında
dura bilməzlər, qəti dura bilməzlər.
Sakin: Allah Sizi qorusun, cənab Prezident, xahiş edirik, bizim salamlarımızı
analar anası, xanımlar xanımı Mehriban xanıma çatdırasınız.
Prezident İlham
Əliyev: Mütləq çatdıraram.
Sakin: Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev, Siz gündən-günə
gözəlləşən, abadlaşan, qocaldıqca cavanlaşan Sumqayıt şəhərinə çox
xoş gəlmisiniz.
Cənab Prezidentimiz,
mən 50 ildir Sumqayıtda yaşayıram,
85 yaşım var. Mən
buraların dünənini
yaxşı görmüşəm,
qamışlıq, çirkab,
şoran çöllər.
Buraya heç kim gəlmək
istəmirdi, amma bu gün gələn
getmək istəmir.
Sakin: Nəinki gələn, biz buradan gözəl ev
almışıq, gözəl
ev tikdirmisiniz. Çox gözəl, yüksək
səviyyədə.
Sakin: Mənim ağlıma gəlməzdi
ki, Sizin möcüzə adlandırdığınız
Sumqayıt bulvarında
mən nəvələrimlə,
tay-tuşlarımla gəzim.
Allah Sizi var
eləsin. Bu yaşımda Sumqayıt bulvarında gəzməyimlə
fəxr edirəm.
Prezident İlham
Əliyev: Çox sağ olun.
Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-çox təşəkkür edirəm
ki, bütün şəhid ailələrinə
yardım etdiniz, kömək etdiniz. Onların başının üstündə
həmişə bir ata, oğul, qardaş kimi olasınız.
Prezident İlham
Əliyev: Həmişə
elə də olacaq. Əmin ola bilərsiniz.
Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak
etmişəm, qaziyəm.
Əvvəla, Sizə "Xoş
gəlmisiniz!” deyirik,
Allah Sizi qorusun. Siz Azərbaycanın başının
tacı olan şəhidlərin ailələrini
qəbul etdiniz, o duyğulu anları biz indi də yaşayırıq.
Bir daha sübut etdiniz ki, həmin
yaşlı şəhid
ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşsınız.
Allah Sizdən razı olsun. Mən Sizi inandırıram ki, Azərbaycanın hər bir övladı
o ərazilərin azad
olunmasına canla-başla
hazırdır. Vətəni uğrunda canından keçməyə, əlindən
gələni etməyə
hazırdır. Azərbaycan əsgəri
2016-cı ildə bunu
bir daha sübut etdi. Biz hər zaman
Sizin ətrafınızdayıq
və İnşallah,
"İrəli!” əmrinizi
gözləyirik.
Sakin: Sumqayıt idmançıları Sizə
həmişə dəstək
olub və həmişə də dəstək olacaqlar.
Sakin: Bulvarın salınması, bu evlərin tikilməsi üçün böyük
minnətdarlığımı bildirirəm. Sizin səyiniz, göstərişləriniz
nəticəsində belə
gözəl bulvar yaradılıb, evlər tikilib. Çox sağ olun, Allah Sizə ömür versin.
Prezident İlham
Əliyev: Sağ olun.
Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza
xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə
Sizə çox təşəkkür edirəm.
Tələbələr adından Sizdən
bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin,
şəhərdəki kolleclərin
yataqxanalardakı məcburi
köçkünlərin köçürülməsini
və bizim tələbələrin orada
yerləşdirilməsi üçün
göstəriş verməyinizi
Sizdən xahiş edirik.
Prezident İlham
Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz
ki, keçən il Sumqayıtdakı
köçkünlər üçün
2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında
olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün
ailəsi məskunlaşıb
və biz bütün
bu ailələri tədricən yeni evlərə köçürəcəyik.
Göstəriş verildi
ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın
və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm
də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.
Bilirsiniz ki, son illər Sumqayıtın inkişafı
ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu
gün müasir sənaye mərkəzinə
çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə
minlərlə insan işlə təmin edilir. Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını
etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir
müəssisədir. Burada istehsal
olunacaq məhsullar ixracyönümlüdür və
ölkə iqtisadiyyatına
böyük töhfə
verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını
da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və
2 min iş artıq açılıbdır. Göstəriş
vermişəm ki, əlavə təqribən
2 minə yaxın ictimai iş açılsın ki, hələlik
iş tapa bilməyən vətəndaşlar
orada işləyə
bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir.
Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək.
Qazlaşdırma - burada qazla problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər
həll olunub. Biz burada böyük
bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı
tam təmin edir.
Əlbəttə ki, iş
yerlərinin yaradılması
diqqət mərkəzindədir.
Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir,
yeni müəssisələrdə
nə qədər adam işləyəcək.
Bütün bu işləri
biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin,
təqaüdlərin qaldırılması
– bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri
biz, ilk növbədə, hara
yönəltməli idik,
məhz sosial məsələlərin həllinə.
Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların
qaldırılması bundan
sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı
yaşasınlar, uşaqlar
daha da yaxşı
böyüsünlər, Vətənimizin
layiqli övladları
olsunlar, ölkəmiz
daim qabağa getsin, inkişaf etsin, güclənsin.
Sakin: Cənab Prezident, əsas Sərəncam Sumqayıt şəhərinin 70 illiyinin
keçirilməsi ilə
bağlı idi.
Prezident İlham
Əliyev: Bəli, onu da bu yaxınlarda
imzalamışam.
Sakin: İnşallah, onu Sizin iştirakınızla
yüksək səviyyədə
keçirərik.
Prezident İlham Əliyev: Əlbəttə, böyük tədbir, böyük bayram olacaq. O Sərəncamın imzalanması da Sumqayıta göstərilən növbəti diqqətin əlamətidir.
Sakin: Siz 23-cü dəfədir ki, Sumqayıta gəlirsiniz.
Prezident İlham Əliyev: İyirmi dəfədən çoxdur.
Sakin: Özü də hər gəlişiniz Sumqayıtın həyatında və sumqayıtlıların qəlbində silinməz iz qoyur, bizi ruhlandırır, sevindirir, bizə qanad verir. Biz ona görə Sizə minnətdarıq ki, Sumqayıt Sizin qayğınız və diqqətiniz nəticəsində belə inkişaf edir, çox sağ olun, var olun. Allah-Təaladan bir arzumuz var ki, yüz yaşayasınız, sağlam olasınız. Sizə ailə səadəti arzulayırıq. Bir də onu demək istəyirəm ki, bu bulvarın tarixçəsi var. Sumqayıtın 25 illik yubileyində Ulu Öndər bizim indiki Dram Teatrında keçirilən təntənəli yığıncaqda gözəl bir çıxış etdi, sumqayıtlılara və Sumqayıta yüksək qiymət verdi. Dedi ki, arzu edirəm, dəniz qırağında, ləpədöyəndə, yəni, sahildə yaxşı bir bulvar salınsın ki, sumqayıtlıların istirahəti üçün yaxşı yerləri olsun. Siz gəldiniz, Ulu Öndərin bu arzularını yerinə yetirdiniz. Sağ olun, var olun, Allah ölkəmizə sabitlik, əmin-amanlıq, bolluq versin. Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun.
Azərbaycan.- 2019.-19 fevral.- S.1; 3.