Azərbaycan və Almaniya
arasında əməkdaşlığın gündəliyi
müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxendə daha bir görüşü Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıb və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.
Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.
Tərəflər regional və beynəlxalq məsələləri
də müzakirə ediblər.
Azərbaycan.- 2019.- 19 fevral.- S.3.