Xocalı soyqırımı qurbanlarının xatirəsi
Türkiyənin Çərkəzköy şəhərində
anılıb
Türkiyənin Təkirdağ vilayətinin Çərkəzköy şəhərində "Dünəndən bu günə qədər erməni təcavüzkarlığı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Çərkəzköy Türk Ocaqları tərəfindən təşkil olunan tədbirdə şəhərin ziyalıları və rəhbər şəxsləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkin məruzəsi dinlənilib.
Saxta "erməni
soyqırımı” siyasi müzakirəyə
çıxarılandan bu
günümüzədək əsasız iddianın
ayrı-ayrı istiqamətlərindən bəhs edən İbrahim Öztək dinləyicilərə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin səbəb və məqsədləri
barədə müfəssəl məlumat verib. Erməni millətçi
dairələrinin Türkiyə və Azərbaycan
xalqlarının qonaqpərvərliyindən istifadə edərək
daim xəyanət yolu
tutduqlarını diqqətə çatdıran professor bildirib ki, ötən əsrin əvvəllərində
olduğu kimi, XX əsrin
sonunda da ermənilər
bütün qüvvələrini səfərbər
edərək Azərbaycanın dövlət müstəqilliyinə
qarşı çıxıblar. Xocalı
soyqırımının törədilməsinin əsas məqsədi
Azərbaycan xalqında düşmən xofu
yaratmaq, ölkədə xaosa
nail olmaq və bunlara da
işğalçılıq niyyətlərini gerçəkləşdirmək
olub. Xocalı soyqırımını bəşəriyyətə
qarşı cinayət olduğunu diqqətə
çatdıran professor İbrahim
Öztək bildirib ki,
sülhsevər dünya ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ədalətli
mövqe sərgiləməlidir. Saxta "erməni soyqırımı”
iddiası ilə çıxış edənlərə ən
tutarlı cavab ermənilərin
Xocalıda törətdikləri soyqırımıdır.
Azərbaycan.- 2019.- 19 fevral.- S.5.