Azərbaycanın müdafiə naziri
“İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov burada keçirilən "İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.
Azərbaycanın Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.
Azərbaycan.- 2019.- 19 fevral.- S.7.