Vaxt və zaman ölçüsü
Təqvimlər
Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan müəyyənləşdirməkdən ibarət olmuşdur. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazdan hesablanmışdır. Qədim misirlilər ilin başlanmasını Nilin daşmasından götürürdülər. Bəzi ölkələrdə isə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində güclü küləklərin başlanması (Şumerdə), paytaxt şəhərinin əsasının qoyulması (Romada), olimpiya oyunlarının keçirilməsi (Yunanıstanda) qəbul edilmişdi.
Qəməri təqvimi
Ayın Yer ətrafında hərəkətinə əsasən tərtib olunmuş qəməri təqvimində başlıca rolu Ayın səfhələri (üz, səth) oynayır. Səfhə isə Ayın Günəş və Yerə görə qarşılıqlı vəziyyətindən asılıdır. Ayın əsas səhfələri bunlardır: təzə Ay - birinci rüb, bədirlənmiş Ay - sonuncu rüb.
Ay təqvimi miladdan əvvəl üçüncü minillikdə Babilistanda yaranmışdır. Ayın iki eyni səthi arasındakı müddət 29,5 gün müəyyənləşdirilmişdir. Həmin müddət vaxt vahidi kimi bir ay sayılmış, rahatlıq üçün kəsir atılaraq aylardan biri 29, o biri 30 gün qəbul olunmuşdur. Ay 3 ongünlüyə, yaxud 4 həftəyə bölünür. İl isə 12 aydan ibarət götürülür. Həmin təqvimdən miladdan əvvəl VII əsrdə assuriyalılar, sonra isə yəhudilər istifadə etmişlər. Daha sonra bu təqvim Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox müsəlman ölkəsi ay təqvimindən istifadə edir.
Qədim tarixi qaynaqlardan məlum olur ki, Azərbaycan ərazisində yaşayan əski tayfalar da vaxtı Ayın hərəkəti ilə hesablayaraq, Ay - qəməri təqvimindən istifadə etmiş, Aya güclü inam bəsləmişlər. Ay məbədinin baş kahini hökmdardan sonra ölkənin ikinci adamı sayılmışdır. Sonralar azərbaycanlılar əlverişli təqvim olan Günəş -şəmsi təqviminə keçmişlər.
Ay-Günəş təqvimi
Bu təqvimin
əsas vahidi Ay və ildir. Ay-Günəş təqvimi
Ayın hərəkəti
əsasında təsis
edilmiş təqvimin şəmsiləşdirilmiş variantıdır. Məlum
olduğu kimi, qəməri təqvim ayı 29,5 gün,
qəməri il isə 354 gündür. Bu, şəmsi təqvim
ilindən 11 gün azdır. Üç
il ərzində
qəməri il şəmsi ildən 33 gün geri qalır.
Burada Günəşin hərəkəti
Ay səthlərinin növbələşdirilməsi
ilə uzlaşdırılır.
Günəş təqvimi ilə ilin başlanğıcı
həmişə eyni vaxta, yəni yaz fəslinin - Novruzun başlanmasına düşür. Ay təqvimində
isə başqa fəslə düşə
bilər. Vaxtı Ay səfhələrinə və fəslin real dəyişməsinə görə
hesablayarkən yaranan kəsiri ləğv etmək üçün
Ay təqvimində əlavə
ay qəbul edilir.
Bu düzəlişdən sonra alınan təqvim Ay-Günəş
təqvimi adlanır.
Ay-Günəş təqvimi hazırda yalnız yəhudi dinində istifadə olunur.
"Avesta” təqvimi
Azərbaycanda işlədilmiş ilk təqvimlərdən
biridir. Bu təqvimdə
söhbət iki fəsildən gedir. Onlardan biri - "böyük yay” adlanan birinci
fəsil 7 aydan, digəri - "qış
fəsli” adlanan 5 aydan
ibarət idi. Qədim "Avesta”
təqviminə, yəni atəşpərəstlərin
inamlarına görə, il "böyük yay” fəslinin
ilk günündən başlanır.
Azərbaycan.-
2019.- 19 fevral.- S.10.