Çillə suyu

 

İnanclar

 

Qış fəslinin Böyük çillə adlanan 40 günündə əkinçilər bağ-bağatı, bostan-tərəvəz yerlərini, üzümlükləri suvarırlar.

El arasında "çillə suyuadlanan bu suvarma torpağın nəmliyinin saxlanmasına kömək edir, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin bu çağında bağlara verilən su gecələr donur və bu donma ağaclara da təsir edir. Ağaclar qış yuxusundan gec oyanır. Bu da onların barının, bəhərinin çox olmasına təsir göstərir.

Böyük təbiətşünas alim Həsən bəy Zərdabi "çillə suyunun elmi əhəmiyyəti barədə yazırdı ki, bizim tarlalarımıza qış zamanı verilən su donursürülmüş şum yerlərini daim yumşaldır, əkin yerlərini hamarlayır. O, "çillə suyunu imkan daxilində Böyük çillə dövründə verməyi məsləhət bilmişdir. Bununla bağlı H.Zərdabi xalqın təcrübədə sınaqdan çıxmış belə bir zərb-məsəlini gətirir: "Böyük çillədə suvaran çox, Kiçik çillədə suvaran az məhsul götürər”.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.10.