Müjdəverən çərşənbə

 

Gəlişi doğru olsa da...

 

Boz ayın dörd çərşənbəsindən birincisinin el-oba arasında işlədilən adlarından biri də gəlişi doğru müjdə verən çərşənbədir. Bu çərşənbənin gəlişi ilə adamlar təbiətdə müəyyən dəyişikliklərin olmasını hələ hiss etmədiklərindən onu belə adlandırmışlar.

İnanca görə, bu çərşənbə insanlara qarışıq dünyadan nizamlı dünyaya çıxmağın yaxınlaşdığı xəbərini verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx gün ötür. Xalq düşüncəsinə görə, Kiçik çillənin ortasında, yəni Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. İnsanlar yalançı çərşənbə (el arasında belə də deyirlər) ayinlərini icra edirlər. Bu çərşənbənin gəlişi nisbətən sakit qeyd edilir, çoxsaylı ayinlər icra olunmur, evlərdə xüsusi süfrə açılmır. Bütün bunlar yalançı çərşənbənin aldadıcı olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində, həyətlərində hiss etmədiyini göstərir.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.10.