Ankarada Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub. AZƏRTAC xəbər verir ki, görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.

 

Azərbaycan.- 2019.- 20 fevral.- S.3.