Sumqayıt yenidən neft-kimya sənayesi
mərkəzinə çevrilir
"SOCAR Polymer” bu
sahədə dövlət-özəl sektor
tərəfdaşlığı ilə yaradılan ilk şirkətdir
Bu gün Sumqayıt təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının nəticələri bu şəhərin simasında, eləcə də sakinlərinin güzəranında özünü aydın əks etdirir.
Son illərdə burada bir çox müasir müəssisələr fəaliyyətə başlayıb, sosial və infrastruktur layihələri həyata keçirilib.
Bütün bunlara görə sumqayıtlılar dövlətə, şəxsən Prezident İlham Əliyevə minnətdardırlar. Prezidentin Sumqayıta növbəti səfəri zamanı onlar bu minnətdarlıq hisslərini, ürək sözlərini bir daha ifadə etdilər, dövləti daim bütün işlərdə dəstəklədiklərini bildirdilər.
Sumqayıt şəhərinə səfəri zamanı dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etdi. Xatırladaq ki, "SOCAR Polymer” zavodlarının təməli 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Keçən ilin iyul ayında isə layihə çərçivəsində inşa edilmiş Polipropilen zavodunun açılışı olub. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirilib.
"SOCAR Polymer” zavodları ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüskəksıxlıqlı polietilen istehsal edəcək. Daxili bazarın tələbatı ödənildikdən sonra qalan məhsul Türkiyəyə və Avropaya ixrac olunacaq.
Bu, ümumi
investisiya xərcləri
816 milyon dollar təşkil
edən bir müəssisədir. İstehsal müddətində onun dövlət büdcəsinə ümumilikdə
600 milyon dollar məbləğində
vergilər ödəməsi
nəzərdə tutulub.
"SOCAR Polymer”in fəaliyyəti
ölkənin qeyri-neft
sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini 14 faizdən çox artıracaq.
Fevralın 18-də yüksəksıxlıqlı polietilen
zavodunun açılışını
edən Prezident İlham Əliyevə xatirə kimi müəssisənin ilk məhsulu
hədiyyə olundu. Dövlət başçısı "SOCAR Polymer”in tam gücü ilə işə başlamasını əlamətdar
hadisə kimi dəyərləndirdi. Zavodun tikintisində
xarici bankların da fəal iştirak
etdiyini xatırladaraq bunu ölkəmizə inamın təzahürü
kimi dəyərləndirdi.
Ümumiyyətlə, Azərbaycanın
sənayeləşmə siyasətinin
uğurlu nəticələr
verdiyini dedi: "Zavodun istehsal gücü 300 min ton olacaqdır.
Bu, bizim qeyri-neft
ixracımızın 15 faiz
artımı deməkdir.
Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq,
ölkə iqtisadiyyatını
şaxələndirmək, yeni iş yerləri
açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin
yaradılmasına nail olmaqdır.
Bununla paralel olaraq belə böyük, texnoloji cəhətdən
müasir zavodların
fəaliyyəti gənclərin
hazırlanmasına da
xidmət göstərir”.
Sumqayıt Kimya Sənaye Parkında, ümumiyyətlə, şəhərdə
istifadəyə verilən
çoxsaylı istehsal
müəssisələrində və sosial obyektlərdə minlərlə
insan öz məşğulluq problemini
həll edə bilib. Regionların sosial-iqtisadi inkişafına
yönəldilən dövlət
proqramları icra edilməyə başlandığı
vaxtdan indiyədək
Sumqayıtda 67 min yeni
iş yeri açılıb. Onlardan 500-ü yeni fəaliyyətə başlayan yüksəksıxlıqlı
polietilen zavodunun,
500-ü bu yaxınlarda
açılan karbamid
zavodunun payına düşür. İşçilərin əksəriyyəti gənclərdir.
Onlar yaxşı işləmək
üçün əvvəlcədən
mükəmməl təlim
keçiblər və
indi yüksək əməkhaqqı alırlar.
Yeni zavodun açılışında
Sumqayıt gənclərinin
müasir Azərbaycana
ləyaqətlə xidmət
etməsi qürur doğuran hal kimi dəyərləndirildi.
"SOCAR Polymer” zavodlarının tikintisinin
ən qaynar dövründə isə inşaat meydançalarında
3500-ə yaxın işçi
çalışıb. Qeyd edildiyi
kimi, işçilərin
bilik və bacarıq səviyyəsini
artırmaq üçün
onlara ölkə daxilində və xaricdə təlim-hazırlıq
kursları təşkil
edilib. Bu da dövlətin innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli
sənayenin tərəqqisinə
təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını
təmin etmək, əhalinin məşğulluğunu
artırmaq məqsədinin
daha bir təzahürüdür.
Prezident İlham Əliyev Sumqayıtda olarkən şəhər sakinləri
ilə görüşü
zamanı toxunulan ümdə mövzulardan biri də məhz
məşğulluq məsələsi
oldu. Bir daha qeyd edildi ki, bu
gün müasir sənaye mərkəzinə
çevrilən Sumqayıtdakı
istehsal müəssisələrində
minlərlə insan işlə təmin olunub. Dövlət başçısı bütün
bunlarla yanaşı, ödənişli ictimai iş yerlərinin açılması barədə
də göstəriş
verdiyini bildirdi: "2
min iş artıq açılıbdır. Göstəriş
vermişəm ki, əlavə təqribən
2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər”.
Sumqayıtda görülən işlərin,
ölkədə aparılan
sənayeləşmə siyasəti
istiqamətində burada
həyata keçirilən
ardıcıl tədbirlərin
də əsas məqsədi iqtisadiyyatı
şaxələndirmək, qeyri-neft məhsullarının
ixracını artırmaqdır. Bu məqsədlə
yaradılan müasir texnologiyalı müəssisələrdə
yeni-yeni iş yerləri açılır.
Məşğulluq problemi uğurla
həll olunan sumqayıtlılar da, öz növbəsində,
Azərbaycanın inkişaf
və tərəqqisinə
xidmət edirlər.
Flora SADIQLI
Azərbaycan.- 2019.-20 fevral.- S.1; 6.