Bizə göstərilən qayğı həm də məsuliyyətimizi
artırır
Dövlət başçısına
minnətdarlıq
Azərbaycan Prezidenti İlham Əliyev daim gəncliyə qayğını diqqət mərkəzində saxlayır. Növbəti dəfə doktorantlara, ali və orta ixtisas, həmçinin peşə təhsili müəssisələrində, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması haqqında imzalanan sənəd dövlət başçısının gənclərə, tələbələrə verdiyi önəm, göstərdiyi qayğının əyani təcəssümüdür.
Təqaüdlərin müxtəlif kateqoriyalar üzrə artırılması eyni zamanda onu göstərir ki, hər kəs öz bilik və qabiliyyətinin dəyərləndirilməsini hiss etsin. Bu sənədin gətirəcəyi yeniliklər ümumxalq mənafeyi baxımından çox önəmlidir. Buna görə də biz tələbələr dövlətimizin qayğısına cavab olaraq elmin zirvələrini fəth etmək üçün daha da çalışmalı, biliklərimizi artırmalıyıq ki, peşəkar, kamil mütəxəssislər kimi dövlətimizin möhkəmlənməsinə, ümumi inkişafımıza töhfə verək. Bax, bu barədə ciddi düşünməliyik.
Təşəkkürümüzü dövlət başçısına bir də ona görə bildiririk ki, gəncliyin sağlam rəqabət mühitində təhsil almasına getdikcə münbit şərait yaradır.
Şəbnəm QURBANSOY,
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi
Azərbaycan.- 2019.-20 fevral.- S.6.