Süni orijinallıq kinomuza nə gətirir

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür

 

Dilin lüğət fondu, leksik tərkibi ilə cəmiyyətdə baş verən ictimai-tarixi proseslər, milli inkişaf və tərəqqi arasında sıx asılılıq vardır. Çünki hər bir xalqın maddi və mənəvi varlığı, onun sosial səviyyəsi, milli dünyagörüşü ilk növbədə öz ifadəsini sözdə - leksik vahiddə tapır.

Bu mənada kino dilində dil vahidi kimi sözə həssaslıq, sözlə professional rəftar, onun emosional və məntiqi, forma və məzmun cəhətlərini bir toplu halında qavramaq bacarığı mühüm şərtlərdəndir.

Gizlin deyildir ki, bəzən bütöv bir kinossenari içərisində öz məqamını tapmayan, yerində işlənməyən hər hansı bir söz bütövlükdə mühakimə axınını pozur, fikir anlaşılmazlığı yaradır. Verilən biliyin, məlumat və informasiyanın kino tamaşaçısı tərəfindən qavranılmasını da çətinləşdirir.

Söz dilin ən çevik və ən plastik vahidlərindəndir. Şəraitə uyğunlaşma, dövrün, vaxtın və həyatın yeniliklərini operativcəsinə ifadə və əksetdirmə sözdə daha sürətlə baş verir. Bu da, təbii ki, leksik normaların da rəngarəngliyinə, çoxvariantlılığına gətirib çıxarır.

Dünya dilləri, xüsusilə söz yaradıcılığı, lüğət tərkibi baxımından daimi təmas və qarşılıqlı əlaqədədir. Bütün bunlar leksik normaların müəyyənləşdirilməsi işinin, bu əsasda dilin sistemini zədələmədən, onun qanun-qaydalarına obyektiv şəkildə əməl etmək vəzifəsinin nə qədər çətin olduğunu bir daha nümayiş etdirir. Lakin bununla belə, kinoaktyorlarımızın öz dil-təhkiyə sistemlərini qurarkən sözdən istifadə zamanı yadda saxlamalı olduqları bəzi prinsipləri burada qeyd etməyə ehtiyac vardır.

Bunlardan birincisi sözlərdən düzgün istifadə normasıdır. Dilimizin lüğət tərkibi zəngin olduğu kimi, fikrin məna çalarlarını, məzmun incəliklərini bütün xətləri ilə ifadə etməyə qadir bir dildir.

Sözdən düzgün istifadə leksik normalardan ən mühümü kimi onun işlənmə məqamının dürüst tapılmasında üzə çıxır. Söz yerindədirmi, o, kinossenarinin tamamlayıcı elementi ola bilirmi, fikir axınını izafi yüklə yükləmir ki? Bütün bu suallara doğru cavab sözdən düzgün istifadənin əsas şərtlərindəndir.

Sözün kinossenari daxilində işlənmə məqamı dəqiqləşdirilməyəndə ya ssenariyə gəlişi gözəllik xatirinə, yaxud da sadəcə olaraq lüğət ehtiyatının qıtlığı gətiriləndə o zaman, təbii ki, nitq qüsurlu olur, bu, xüsusilə kinoaktyorun şifahi nitqində eybəcər bir şəkil alır. Kinoda, xüsusilə "Yüz ilin astanasında” (1992), "777 nömrəli ” (1992), "Yüz min manat” (2009), "Ac həriflər” (1993), "Adam ol!” (2005), "Adi əhvalatlar” (2000), " atlı oğlan” (1995), " dünya” (1995), "Ağanatiq” (2017), "Axırıncı aşırım” (1971), "Axırıncı yol” (2016), "Ailə” (1998) bir sıra başqa filmlərdə çox tez-tez deməli, məhz, baxımından, bu mənada, nöqteyi-nəzər, tərəf-müqabil, şey, haradasa, hansı ki, necə deyərlər, belə deyək kimi deyim ifadələr fikrimizə səciyyəvi nümunələrdir.

Kino dilində milli dilin öz daxili imkanları hesabına yaradılmış yeni sözlərdən fəal istifadəni müsbət hal kimi qiymətləndirmək lazımdır. Məsələn, ayrı-ayrı telefilmlərdə sənədli filmlərdə kvorum əvəzinə yetərsay, parlament əvəzinə Milli Məclis, privatizasiya əvəzinə özəlləşdirmə sair söz ifadələrin ədəbi dilimizin lüğət fonduna daxil edilməsində kütləviləşdirilməsində kinoaktyorlarımızın da layiqli əməkləri vardır.

Dilə yeni söz, adətən, lüğəvi variantın tərəflərindən biri kimi daxil olur. Yəni leksik duplet yaranır burada həmin variantlardan hansının yaşamaq hüququna malik olduğunu məhz dilin özü müəyyənləşdirir.

Kino dilində terminlərin işlədilməsi baxımından başqa bir qüsur da paralellikdə təzahür edir. Bu da, öz növbəsində, leksik normanın pozulmasına gətirib çıxarır. Ümumiyyətlə, birvariantlılıq, qeyri-sinonimlik terminlərin yaranmasında əsas məntiq - dil prinsipi kimi çıxış edir.

Kino dilində termin bir filmdə bir cür, digər filmdə başqa cür işlənir. Bəzən kinoaktyor eyni ssenari daxilində bir filmdə eyni məfhumu müxtəlif terminlərlə ifadə edir, termin müxtəlifliyinə yol verir. Sözün bu mənasında terminlərə müraciət edərkən kinoaktyor birinci növbədə terminin işləklik dairəsindən, anlaşma hüdudlarından çıxış etməli, onun nisbi kütləviliyinə əsaslanmalıdır.

Digər tərəfdən, ümumtürk sözlərinin dilimizə gətirilməsi istər leksikamızın zənginliyi, istər dilimizin sistemi ilə uzlaşmayan başqa əcnəbi sözlərdən uzaqlaşmaq baxımından müsbət hal kimi dəyərləndirilməlidir. Burada kinoaktyorların ssenari müəlliflərinin rolu xidmətləri isə ayrıca qiymətləndirilməlidir. Lakin bununla belə, nəzərə alınmalıdır ki, digər türk dilləri kimi, Azərbaycan dilinin öz xüsusiyyətləri, müstəqilliyi, sistem bütövlüyü vardır. Yəni burada dilimizin leksik səciyyəsi ilə hesablaşmadan, onun fonetik ahəngini, semantik tutumunu, səslənmə - tələffüz bənzərsizliyini yaddan çıxararaq təqlid təkrar yolunu tutmaq əsla özünü doğrultmur. Elə bu səbəbdən kinoaktyorlarımızın dilində son illər çəkilmiş "müasirkinofilmlərdə ara-sıra rast gəldiyimiz mutlu, iyi, nasıl, kutlu, ödül, kız kardeşi, kıyı, okul, öyrətmən kimi sözlər fikrin dolğun dürüst ifadəsinə xidmət etmək əvəzinə süni orijinallıq əllaməlik təsiri bağışlayır.

Məlumdur ki, bazar iqtisadiyyatına keçidlə, yeni iqtisadi münasibətlərin təşəkkül tapması ilə əlaqədar olaraq dilimizə son zamanlar Avropa dillərindən, xüsusilə ingilis dilindən xeyli yeni söz daxil olmuşdur. Bu, əslində, zəruri bir prosesdir. Çünki belə əcnəbi sözlərin ifadə etdikləri, daşıdıqları mənaları çatdırmaq üçün sadəcə olaraq dilimizdə elə sözlər mövcud deyildir. Supermarket, marketinq, biznesmen, kommersiya, fermer, kommersant s. əcnəbi sözləri kinoaktyor leksikonuna kinossenariyə daxil etməkdən çəkinmək lazım deyildir. Burada yalnız bir şey tələb olunur: həmin sözlərin daşıdığı mənalar kinoaktyorun kinorejissorun özünə dəqiq, aydın olsun, kinoaktyor bu qisim sözləri harada zaman işlətməyi dəqiq bilsin.

Unutmamalıyıq ki, sözlərin başqa dildən alınmasının müəyyən zəruri əsası olmalıdır. İstənilən vaxt istənilən sözü alıb işlətmək, belə təşəbbüslərdə subyektivizmə yol vermək düzgün deyildir. Hər cür əcnəbi sözü dilə daxil etmək, bu sahədə xüsusi bir canfəşanlıq göstərmək çox zaman mənfi nəticə verir, dili qəlizləşdirir onu başadüşülməz edir.

Ayrı-ayrı bədii filmlərin ssenariləri müxtəlif janrlarda, mövzularda yazıldığından hər bir janrın tələbinə, mahiyyətinə uyğun leksik vahidlər, sintaktik quruluşlar seçilib işlənir. Dilə xas olan daha çox bədii üslubu səciyyələndirən, kinossenarilərin əsas əlamətləri sayılan obrazlılıq, emosionallıq, ekspressivlik yeri gəldikcə publisistik əsərlərə sirayət edir. Elmi bədii təfəkkürün sintezi sayılan publisistikada, şübhəsiz ki, müxtəlif leksik-semantik söz qrupları, morfoloji-sintaktik kateqoriyalar zəngin üslubi çalarlarla, publisist üslubunu fərqləndirən cəhətlərə xidmət edəcəkdir.

Kino dilini dilimizin sintaktik normaları işığında nəzərdən keçirərkən, hər şeydən əvvəl, mübtəda ilə xəbərin şəxsə kəmiyyətə görə uzlaşması prinsipinə əməl olunmasının vacibliyini qeyd etmək lazımdır. Çünki fikir bitkinliyini, informasiya, məlumat dəqiqliyini və bütövlüyünü, məntiqi tamlığı və məzmun dolğunluğunu bu prinsipdən kənarda düşünmək qeyri-mümkündür. Təəssüf ki, "Əjdahanın çıxışı” (1973), "Əsgər atası” (1964), "Əvəz qatilləri” (1998), "Fransız öpüşü” (1995), "Hörümcək adam” (2002), "İtləri sevməli” (2005), "Quşlar” (1963), "Qırmızı səhra” (1964), "Müharibə” (2007), "Pəltək” (2015), "Sonuncu qarış” (1958) və başqa filmlərdə bu prinsip heç də həmişə gözlənilmir. Mübtəda ilə xəbər arasında qrammatik dissonans baş verir; mübtəda xəbərin subyektinə, xəbər mübtədanın predikativinə çevrilə bilmir. Beləliklə, verilən bilikya məlumat məzmunca havadan asılı qalmış olur.

Kino dili nəticə etibarilə şifahi ünsiyyət forması olduğu üçün burada adlıq və yarımçıq cümlələrin, sintaktik fiqurların sıx-sıx işlənilməsi təbii haldır. Məsələn, danışanda hər hansı bir sintaktik birləşmədə ikinci tərəfin mənsubluğu üzdə olduğu üçünya uzunçuluqdan qaçmaq naminə, adətən, birinci tərəf deyilmir. Lakin şifahi aktyor nitqində belə sərbəstliyə o zaman yol verilir ki, mənsubiyyət, doğrudan da, birinci tərəfin funksiyasını icra etməyə qadir olsun, məna dolaşıqlığına, subyektlərin üst-üstə düşməsinə gətirib çıxarmasın.

Ədəbi dil normaları, ümumiyyətlə, universal normalardır. O, dil ünsiyyətində bərpaedici, tənzimləyici amil kimi çıxış edir. Ona görə bu normalardan düzgün istifadə etmək, bunları qorumaq təbliğ etmək hər bir ziyalının, xüsusilə kino işçilərinin müqəddəs vəzifəsi borcudur.

 

Füzuli MUSTAFAYEV,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 20 fevral.- S.7.