“Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
"Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 7, maddə
449; 2000, ¹ 5, maddə 340) 3-cü hissəsinə "hakimləri”
sözündən sonra
"və İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinə
Azərbaycan Respublikasından
seçilmiş hakim” sözləri
əlavə edilsin və həmin hissədən "dəmir
yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən
(taksi istisna olmaqla), habelə” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 fevral 2019-cu il
Azərbaycan.- 2019.-21 fevral.-
S.7.