Azərbaycanda gənclərə həmişə qayğı olub

 

Dövlət başçısına minnətdarlıq

 

Azərbaycanda gənclərə, onların təhsilinə dövlət qayğısı hər zaman olub. Təhsilin bütün pillələrində biz bu yanaşmanı aydın görürük. İstər ali təhsil imkanlarının genişləndirilməsi, gənclərin təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təhsil almaları üçün əlverişli şəraitin yaradılması, istərsə də universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, məktəb tikintisinin və təmir işlərinin geniş vüsət alması fikirlərimin əyani təsdiqidir.

Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi sərəncam bu istiqamətdə görülən uğurlu işlərin davamıdır. Xüsusilə təqaüdlərin artırılmasının yalnız bakalavr deyil, magistrlərə və doktorantlara da şamil olunması bizi çox sevindirdi. Magistraturadoktorantura pilləsində təhsil alanların tədqiqat işlərinin yerinə yetirilməsi və onların nəticələrinin nəşr etdirməsi üçün müəyyən maddi vəsaitə ehtiyacı olur. Artıq bu artımdan sonra xərclərimizi özümüz ödəyəcəyik ki, bu da valideynlərin qayğılarını bir qədər azaldacaq.

Daha bir mühüm məsələ odur ki, bu sərəncam məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına da təqaüdün verilməsini reallaşdıracaq. Yəni indiyədək bu kateqoriyadan olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdi. Bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd alsınlar. Mən özüm Füzuli rayonundan məcburi köçkünəm, ödənişli əsaslarla magistraturaya daxil olmuşam. Sağ olsun dövlətimiz, Prezidentimiz həm təhsil haqqımı ödəyir, həm də təqaüd verir. Tələbələrin sevincinə səbəb olan belə bir sərəncam imzaladığına görə dövlət başçısına təşəkkürümüzü bildiririk.

 

Məryəm YAQUBLU,

Azərbaycan Memarlıq-İnşaat Universitetinin Mexanika

informasiya texnologiyaları fakültəsinin II kurs magistri

 

Azərbaycan.- 2019.-21 fevral.- S.5.