Biz ölkə rəhbərinin daim yanındayıq

 

Dövlət başçısına minnətdarlıq

 

 

Ali məktəblərdə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamı universitetimizin çoxminlik tələbə ordusu alqışlayır. Aztəminatlı ailənin nümayəndəsi kimi düşünürəm ki, bu artım ailəmizin də qayğılarını xeyli azaldacaq. Bu gün elə bir çətin dövrdə yaşayırıq ki, bəzən ehtiyaclarımızı ödəmək üçün ailəmiz, valideynlərimiz tərəfindən göstərilən maddi dəstək bizə yetmir.

Onların verdikləri məbləğ geyim, yemək, kirayə, təhsil, dərs kitabları və dəftərxana xərclərimiz üçün ancaq çatır.

Bu günün tələbi isə başqadır, özümüzü inkişaf etdirmək üçün müəyyən əlavə məşğuliyyətlərə də ehtiyacımız var. İndi tələbə mükəmməl xarici dil bilgilərinə, informasiya texnologiyalarına bələd olmalı, kompüterlə işləmək bacarığını inkişaf etdirməlidir. Ağıllı tələbə ehtiyaclarını təqaüdü hesabına həll etməyə çalışır. Ona görə təqaüdümüzin artırılması bizi çox sevindirir.

Birki, ən yüksək təqaüdü qazanmaq üçün tələbələr arasında ciddi rəqabət olacaq. Artıq təqaüd uğrunda yaxşı mənada mübarizəyə start verilib. Qoy, ən yaxşılar, ən savadlılar daha çox oxuyub, çalışıb onu qazansınlar. Sağ olsun ölkə rəhbəri, bizə hər cür şərait yaradır, müddi imkanlarımızı yaxşılaşdırır. Gənclər həmişə onlara qayğı göstərən dövlət başçısının yanındadırlar.

 

Babək HƏSƏNOV,

Azərbaycan Memarlıq-İnşaat Universitetinin

İnşaat fakültəsinin I kurs tələbəsi

 

Azərbaycan.- 2019.-21 fevral.- S.5.