Əfqanıstanda sovet
qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələri üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Əfqanıstanda sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu
yerinə yetirərkən
həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələrinin sosial
müdafiəsini gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Əfqanıstanda
sovet qoşunlarının
tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə
qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailəsi üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
aylıq məbləği
artırılaraq 2019-cu il martın 1-dən
300 manat müəyyən
edilsin.
2. "Əfqanıstanda
sovet qoşunlarının
tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə
qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələri üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 8, maddə
962; 2018, ¹4, maddə 670) 1-ci hissəsində "220 (iki
yüz iyirmi)” sözləri "300 (üç
yüz)” sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 fevral 2019-cu il
Azərbaycan.- 2019.-22 fevral.-
S.2.