Azərbaycan Respublikası Gənclər Fondunun
Müşahidə Şurasının iclası keçirilib
Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu ildə ilk iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, iclasda Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülən işlər barədə hesabat təqdim olunub.
Sonra Gənclər Fondunun 2019-cu il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Həmçinin Gənclər Fondunun maddi-texniki bazası əsasında yeni fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş planı və strukturu müzakirə olunub.
İclasda Müşahidə
Şurasının sədri, Prezident
Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin
müdiri Yusuf Məmmədəliyev,
Müşahidə Şurasının üzvləri – gənclər
və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, mədəniyyət nazirinin
müavini Rafiq Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Mətin Kərimli, “Gənclərin
İntellektual İnkişafına
Yardım” İctimai Birliyinin
İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin
icraçı direktorunun müavini
Murad Ağabəyli və “Gələcəyə
Körpü” Gənclər İctimai Birliyinin sədri
Seymur Vəliyev iştirak
ediblər.
Azərbaycan.- 2019.- 22 fevral.- S.3.