Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində yad edilib

 

Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksan ediblər. Erməni işğalçıları bu gün atəşkəsi mütəmadi olaraq pozur, dinc əhalini atəşə tuturlar.

QMİ sədri qeyd edib ki, bütün dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq, bu tarixi faciəyə dünya birliyi hələ lazımi siyasi qiymət verməyib.

A.Paşazadə qeyd edib ki, dövlətimiz tərəfindən qaçqın məcburi köçkün ailələrinə, o cümlədən Xocalı faciəsi qurbanlarının ailələrinə hər zaman diqqət qayğı göstərilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, xalqımız Xocalı faciəsini heç zaman unutmamalıdır. Çünki Xocalıda törədilmiş faciə insanlıq əleyhinə cinayətdir. Bu faciəni törədənlər yaşından, harada olmasından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməlidir.

Komitə sədri qeyd edib ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında çoxsaylı işlər görülüb hazırda da bu işlər davam etdirilir.

Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək siyasətini yeridir. Lakin bu yol tükənəndə Azərbaycan dövlətinin məsələni hərbi yolla həll etmək ixtiyarı var. Buna ölkəmizin istər siyasi, istərsə hərbi gücü çatır.

Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülən işlərlə bağlı danışan R.Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyasını xatırladıb. Qeyd edib ki, bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində artıq bir çox ölkələr Xocalı soyqırımını tanıyır.

"Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, deputatlar Flora Qasımova, Bəxtiyar Əliyev, Elman Məmmədov, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev digər çıxış edənlər bildiriblər ki, insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidirlər. Bildirib ki, ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.

Tədbirdə Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

 

Azərbaycan.- 2019.-22 fevral.- S.4.