Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya
texnologiyalarının inkişafına dair
Strateji Yol Xəritəsi”ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Dövlət orqanlarında
(qurumlarında) daxili idarəetmə proseslərinin
elektronlaşdırılması tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
6 dekabr tarixli 1138 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 12, maddə 2056; 2017, ¹ 8, maddə 1521, ¹ 10, maddə
1777; 2018, ¹ 5, maddə 920, ¹ 6, maddə 1196, ¹ 7 (I kitab), maddələr 1496, 1506, ¹ 11, maddə
2287; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında telekommunikasiya
və informasiya texnologiyalarının inkişafına
dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsinin 2.4.1-ci yarımbəndinə
"Əsas icraçı”
sütununa "Azərbaycan
Respublikası Xüsusi
Dövlət Mühafizə
Xidmətinin Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi”
sözlərindən sonra
", Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi”
sözləri əlavə
edilsin və "İcra müddəti” sütununda "2019” rəqəmləri
"2020” rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 fevral 2019-cu il
Azərbaycan.- 2019.-22 fevral.-
S.2.