Xəzərin sahilində gözəlləşən
şəhər
Prezident İlham Əliyevin Sumqayıta səfəri
zamanı sakinlərlə səmimi görüşü
xoş anlar kimi hələ çox
xatırlanacaq
Xəzərin sahilində yerləşən Sumqayıtın xoş anları, yaxşı günləri çox olub. Növbəti dəfə belə bir gün Sumqayıt bulvarında yaşandı. Burada əhali ilə rastlaşan ölkə rəhbərinin səmimi görüşü xatirələrdə dərin iz buraxdı. Sumqayıtlılarla bu görüş həm də Prezident İlham Əliyevin yürütdüyü davamlı sosial siyasətin vətəndaşlara səmimi münasibətinin, onların qayğıları ilə daim maraqlanmasının, problemlərinin həllinə çalışmasının əyani görüntüsü idi.
Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını genişləndirməkdədir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur. Xariqə diyarına çevrilən və əzəmətli görkəmi ilə seçilən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt eyni zamanda zəhmətkeş sakinləri ilə də fəxr edir.
Prezident İlham Əliyevin Sumqayıta 20-dən artıq səfəri sakinlər tərəfindən həmişə səmimiyyətlə anılır. Fevralın 18-də Sumqayıtda SOCAR Polimerin yüksək sıxlıqlı Politilen zavodunun açılışında iştirak edən dövlət başçısı şəhərdə aparılan quruculuq işləri ilə bağlı yeni bir sərəncam da imzalayıb. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı sumqayıtlılar bu şəhərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirirlər.
Səfər çərçivəsində Sumqayıt bulvarına gələn Prezident İlham Əliyevin sakinlərlə görüşü insanlarda xoş əhvali-ruhiyyə yaratdı. 85 yaşlı Əvəz Mahmud Lələdağ həmin anları bizimlə bölüşdü:
- Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir. Bunun səbəbi sabitlikdə, insanların bir-birinə hörmətində, xalqın ümüdini doğruldan kadrların yerində olmasındadır. Bu xoşbəxtliyin ən başlıca səbəbi isə Azərbaycana Heydər Əliyev məktəbini uğurla keçən İlham Əliyevin rəhbərlik etməsidir. İnsanlara göstərilən qayğının yüksək nəticəsidir ki, bu gün ölkəmizdə yoxsulluq aşağı səviyyədədir. Tikilən məktəblər, idman kompleksləri, çəkilən yollar, abadlaşan şəhərlər və daha çox yenilikləri saymaq olar ki, bunlar dövlət başçısının son illərdə Azərbaycan xəritəsinə qazandırdığı uğurlardır.
85 yaşımın bu çağında Sumqayıtda nə vaxtsa bulvarın olacağını xatirimə belə gətirmirdim. Bu gün beynəlxalq turnirlərdə mükafat qazanan bulvarımızın olması doğrudan da möcüzədir.
Həmin gün nəvəmlə bulvarda gəzdiyim zaman Prezident İlham Əliyevlə qarşılaşmağım məni bu yaşımda heyrətləndirdi. Biz ona yaxınlaşıb görüşdük. Prezident hər birimizlə əl tutdu. Mən bildirdim ki, 50 ildən artıq bir dönəmdə Sumqayıtda yaşayıram. Buraların dünənini yaxşı tanıyıram, qamışlıq, çirkab sularının üfunəti adamın başını çatladırdı. Bu ərazilərə heç kim gəlmək istəmirdi, amma indi gələn getmək istəmir. Şəxsən mənim ağlıma gəlməzdi ki, nəvələrimlə nə vaxtsa belə gözəl bir möcüzəli bulvarda gəzəcəm. Bütün bunlar Prezident İlham Əliyevin sumqayıtlılara göstərdiyi qayğının nəticəsidir. Onun sifətindəki nurun işığı, xeyirxahlığı, sadəliyi mənim kimi insanların yaddaşında əbədi qalacaq.
Rəmayə Mustafayeva Sumqayıt Dövlət Universitetinin
II kurs tələbəsidir. Həmin
gün dövlət başçısı ilə
görüşənlər arasında özünün
iştirakını Ramilə
belə bildirdi:
- Bu təsadüfi
görüş mənim
həyatımda silinməz
iz buraxdı. Qızlarla danışıb bulvarda gəzirdik. Çevrilib baxanda gördük
ki, Prezident gəlir. Onun bizimlə səmimi
görüşüb söhbət
etməsi mənim üçün çox xoş, unudulmaz oldu. Rayonlardan gəlib Sumqayıtda təhsil alan
gənclərin çoxunun
mənzil şəraiti
aşağı səviyyədədir.
Yataqxanada yaşayan məcburi
köçkünlər gərək
yeni mənzillərlə
təmin olunsun ki, həmin gənclər oraya yerləşdirilsin. Mən bunu
ölkə rəhbərinə
çatdırdım. Həmin andaca Prezident İlham Əliyev müvafiq tapşırıq verdi. Tezliklə şəxsi mənzillərə
köçürüləcək köçkünlərin yaşayış
yerləri təmir edilərək tələbələrin
ixtiyarına veriləcək.
Dövlət başçısı
ilə görüşən
Tərlan Hacızadə
də bu səmimi ünsiyyətin təsirindən hələ
də çıxmadığını
bildirdi:
- Mən bu fürsətdən maksimum bəhrələndim.
Prezident İlham Əliyevlə görüşməyi özümə
bir xoşbəxtlik kimi dəyərləndirirəm.
Bu gün şəhid
ailələrinə, Qarabağ
müharibəsinin iştirakçılarına
göstərilən qayğıya
görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirdim. Mən əminəm ki,
ölkə rəhbərinin
yürütdüyü siyasət
nəticəsində Azərbaycan
daim inkişaf edəcək və dünyanın aparıcı
dövlətləri siyahısında
öz yerini qoruyub saxlayacaq. Biz də öz
növbəmizdə Prezidentin
ətrafında sıx
birləşəcək və
belə xeyirxah və səmimi rəhbərimizi müdafiə
edəcəyik.
Sumqayıt bulvarında sakinlərlə
görüşün sonunda
Prezident İlham Əliyev bildirdi ki, qarşıda daha yaxşı günlər olacaq. Bu gün Sumqayıtda dövrün ən möhtəşəm layihələri
həyata vəsiqə
alır.
70 yaşını
qeyd etməyə hazırlaşan Sumqayıt
təkcə respublikanın
deyil, Avropanın sayılıb-seçilən şəhərlərindən
birinə çevrilib. Sumqayıtlılar yaxşı başa düşürlər ki, əldə edilən uğurların kökündə
dövlət başçısı
tərəfindən düzgün
müəyyənləşdirilən davamlı iqtisadi siyasət durur.
İllər isə öz işini görməkdədir. Ötən hər
gün yeni uğurların əsasını
qoyur və növbəti zəfərlərə
zəmin yaradır.
Bütün bunların arxasında
isə xalq-iqtidar birliyi dayanır. Belə olan halda gələcək
daha gözəl, insanlar daha xoşbəxt
olacaq.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.- 23 fevral.-
S.1-2.