Enerji resurslarının nəqli infrastrukturu şaxələnir

 

Azərbaycanın istehsalçı, ixracatçı və tranzit ölkə kimi rolu getdikcə artır

 

Azərbaycanın enerji resurslarının şaxələndirilməsi üçün müasir infrastruktur yaratmaq istiqamətində həyata keçirdiyi mühüm işlər "Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında da xüsusi vurğulanıb.

Təməli 1994-cü ildə qoyulan yeni neft strategiyası öz bəhrələrini verməyə başlayanda mühüm bir məsələ də ortaya çıxdı. Bu, neftin nəqli üçün infrastrukturun yaradılması, yəni ixrac kəmərlərinin çəkilişi idi. Xəzərin Azərbaycan sektorunda zəngin ehtiyatlara malik "Şahdəniz” qaz-kondensat yatağının kəşfi ilə gündəmdəki bu məsələ daha vacib əhəmiyyət kəsb etdi.

Ölkəmizin açıq dənizlərə çıxışı olmadığı üçün neft-qaz ixracı infrastrukturunun yaradılması və getdikcə şaxələndirilməsi istiqamətində qlobal layihələr həyata keçirildi. Odur ki, bütün regionun sosial-iqtisadisiyasi həyatında böyük rol oynayan həmin layihələrin gerçəkləşməsində Azərbaycanın təşəbbüskar və lider olduğu dünya tərəfindən təsdiqlənir.

Artıq öz işini başa çatdırmış beşinci toplantıda Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger ölkəmizin "Cənub qaz dəhlizi” və digər layihələrdəki rolunu yüksək dəyərləndirərək demişdir: "Azərbaycan enerjisi istehsalixrac edən mühüm ölkədir. Avropa İttifaqı bunu yaxşı bilir. SOCAR "Cənub qaz dəhlizi” kontekstində təkcə öz müasir texnologiyasını və "nou-hausunu təklif etmir, eyni zamanda, "Cənub qaz dəhlizi”ndə və onun hüdudlarından kənarda, həm Avropa İttifaqında, Balkan ölkələrində və həm də bizim tərəfdaşımız Türkiyədə çox vacib bir sərmayədardır. Onun biznes modeli neftqaz hüdudlarını aşaraq hazırda emal fəaliyyəti və neft-kimya sənayesinədək genişlənir. Ona görə də Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər”.

Hələ 20 il əvvəl - 1999-cu ilin aprel ayında Xəzərin sahilindəki Səngəçal terminalından Qara dənizin Supsa limanınadək uzanan Qərb İxrac Boru Kəməri istifadəyə verildi. Lakin artan həcmlər daha qlobal bir neft kəmərinin çəkilməsini tələb edirdi. Ona görə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi zərurəti yarandı. 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu möhtəşəm boru xəttinə 2005-ci ildə ilk neft vuruldu. Bir il sonra isə kəmər tam sistem kimi istifadəyə verildi. Prezident İlham Əliyevin Məşvərət Şurasının beşinci toplantısında dediyi kimi, bu, tarixi hadisə idi: "Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə neft nəql edilir... 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi”.

"Cənub qaz dəhlizikimi nəhəng bir layihənin gerçəkləşməsi məqsədinə ölkəmiz tədricən çatmışdır. "Şahdənizqazını Azərbaycanın, Gürcüstanın Türkiyənin ərazisi ilə daşıyan Bakı-Tbilisi-Ərzurum kəməri əslində "Cənub qaz dəhlizi”nin bünövrəsi oldu. 2012-ci ildə artıq Azərbaycan Türkiyə arasında TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) çəkilişi ilə bağlı müqavilə imzalandı. İki dost qardaş ölkənin səyi ilə tikilib başa çatdırılan bu kəmər "Cənub qaz dəhlizi”nin birləşdirici halqası sayılır. Çünki bir tərəfdən qazı Azərbaycanın Gürcüstanın ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) bağlanır, digər tərəfdə TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşir.

"Cənub qaz dəhlizi”nin üç seqmenti artıq fəaliyyətdədir. "Şahdənizyatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasil olunur. Mavi yanacaq genişləndirilmiş CQBK-ya ötürülür TANAP vasitəsilə Türkiyəyə nəql edilir. Kəmərin işə düşməsindən sonra Türkiyə bazarlarına 1 milyard kubmetr qaz çatdırılıb.

Qazı Avropaya ixrac edəcək TAP-ın inşasında işlər rəvan gedir. Kəmərin tikintisinin 87 faizi tamamlanıb. Bu, o deməkdir ki, TAP gələn il Azərbaycan qazını Avropaya çatdırmaq üçün hazır olacaq.

Azərbaycan enerji ixracı infastrukturunu genişləndirir şaxələndirir. Bunun üçün əsas var. Çünki ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. "Şahdənizəsas qaz yatağımız olsa da, hazırda istismar prosesindəki digər mənbələr var. "Ümid”, "Babək” "Abşeron digər yataqlara böyük ümid bəslənir. Buna görə "Cənub qaz dəhliziMəşvərət Şurasının beşinci iclasında Prezident İlham Əliyev demişdir: "Əminəm ki, "Şahdəniz” "Cənub qaz dəhliziüçün yeganə resurs mənbəyi olmayacaq yataqlarımızdan qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq”.

"Cənub qaz dəhlizihəm nəqliyyat marşrutlarını şaxələndirən layihədir. Bu digər enerji layihələri çərçivəsində yaradılmış mükəmməl əməkdaşlıq formatı başqa sahələrdəki layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Nəticədə Azərbaycan indi Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Bu layihələr ölkələri, xalqları bir-birinə daha da yaxınlaşdırır, onlardan iştirakçıların hamısı mənfəət əldə edir, faydalanır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 23 fevral.- S.1; 4.