Birinci vitse-prezident Mehriban
Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan
üzrə ticarət elçisi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də
Böyük Britaniyanın
Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü
dəfədir Böyük
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə
Böyük Britaniya arasında münasibətlərin
daha da inkişaf
etdirilməsində Baronessa
Emma Nikolsonun töhfəsini
qeyd etdi.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində
əməkdaşlıq məsələləri
müzakirə edildi. Birinci
vitse-prezident ölkəmizdə
aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışdı,
səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə
bağlı təşəbbüsləri dəstəkləməyə
hazır olduğunu bildirdi.
Azərbaycan.- 2019.-23 fevral.- S.1.