Taleyinə dəfələrlə köçkünlük
düşən insan
Xocalı qətliamından bizi 27 illik zaman məsafəsi ayırır. Ötən dövr vaxt baxımından az olmasa da, faciənin miqyasına görə çox da deyil. İllər bir-birini nə qədər çox əvəzləsə belə, vücudumuza saplanmış düşmən süngüsünün yarası heç də asanlıqla sağalmayacaq. Hətta yəqin ki, dünya durduqca xalqımızın dəyərli, qeyrətli oğulları düşməndən soydaşlarımızın intiqamını almayınca rahatlaşa da bilməyəcəklər.
Qan yaddaşımıza həkk olunmuş Xocalı faciəsinin ağrı-acısını görən, həmin anların canlı şahidi olan insanlardan biri də Nəriman Məmmədovdur. Nəriman əslən Şuşa şəhərindəndir. Uşaqlığını, yeniyetməliyini və gəncliyinin müəyyən dövrünü doğulduğu ərənlər yurdunda yaşayıb. 1986-cı ildə isə Xankəndiyə (Stepanakert) köçüb. Orada işləyib və ailəsinin dolanışığını təmin edib. Lakin 1988-ci ildə Dağlıq Qarabağla bağlı erməni daşnaklarının qaldırdıqları münaqişə, torpaq iddiaları və nəhayət, orada yaşayan azərbaycanlılara zor tətbiq edilməsi Məmmədovların da Xankəndini tərk etməsi ilə yekunlaşıb.
Yaşlı anası və həyat yoldaşını da götürüb Xocalı şəhərinə gələrək burada məskunlaşıblar. Xocalıda olarkən ara-sıra yenidən geri qayıdacağına, orada xoş günlərdəki kimi həyatın dadını çıxaracağına ümidləndiyi Xankəndidə olan evinə baş çəkirmiş. 1989-cu ilin iyun ayının 17-də Nəriman öz evinə son dəfə gedə bilib və bir daha oralarda görünməmək xəbərdarlığını alıb.
Xankəndidəki evinə qayıdışın mümkünsüzlüyünü dərk edən Nəriman Xocalıya daha çox bağlanıb. Ailəsini dolandırmaq üçün Ağdamda tikintidə çalışıb. İş olmayanda da onun üçün ayrılmış ərazidə təsərrüfatla məşğul olub. Lakin ermənilərin davamlı şəkildə Xocalını müxtəlif növ silahlardan atəşə tutmaları onların burada da rahatlğını pozur. Hər an narahatlıq yaşanır. İstənilən zamanda nə isə ciddi bir hadisə baş verəcəyi gözlənilir. Ona görə də hamilə həyat yoldaşını məcburən gətirib Ağdamda yaşayan qardaşının evinə qoyur. Özü isə anası ilə birlikdə Xocalıda yaşayır.
Nəriman
işğalın başvermə anlarını belə xatırlayır:
"Hadisənin baş verdiyi
gün axşam saat 22.00-dan qısa fasilələrlə
atışma başlandı. Belə hallar tez-tez olduğu üçün çox da narahat deyildik.
Qarşılaşacağımız dəhşətin, yaşayacağımız faciənin
miqyası əsla ağlımıza belə
gəlmirdi. Bununla belə,
atışmanın daha
şiddətli şəkil
almasından başa düşürdük ki, deyəsən, budəfəki
heç də əvvəlkilərdən deyil.
Təxminən saat 24.00 radələrində
vəziyyət tamamilə
gərginləşdi. Hətta şəhərin iri hərbi texnika və əsgərlərlə
mühasirəyə alınmağa
başlanması xəbərləri
gəlməkdə idi.
Bəzi evlər isə ağır artilleriyalardan atılan mərmilərin düşməsi səbəbindən
darmadağın, ailələr
məhv olmuşdu.
Vəziyyətin ciddi şəkil aldığını görən
xocalılılar uşaqlı-böyüklü
sakinləri bir yerə yığıb Qarqar çayının yanı ilə Ağdam istiqamətinə
yön alırlar. Nəriman da
anasını qarlı-şaxtalı
havada çətin yollarla Ağdama çatdırır. Dediyinə görə,
bu məcburi köç göz yaşı, hıçqırtı
və erməni vandallarının atdıqları
güllələrdən insanların
tökülən qanları
ilə müşayiət
olunmaqda idi. Çörək sexi işlədən
qonşusu Telman da Nərimanın gözü önündə
qanına qəltan edilir.
Nəhayət, sağ qalan və yaralananlar gəlib Şelli kəndinin üzərindən
(Şellinin bir tərəfində ermənilərin,
əks tərəfində
isə azərbaycanlıların
postları qurulmuşdu)
meşə yolu ilə Abdal Gülablı istiqamətindən
Ağdama çatırlar.
Bir müddət Ağdamda qalırlar. Ağdamın işğalından sonra isə Məmmədovlar Ağsu rayonunun Ərəbşahı
kəndinə pənah
gətirirlər. 10 il də burada yaşayır və növbəti qaçqınlıq həyatlarını
davam etdirirlər. Lakin dağ havasında yaşamış, saf bulaq suyu içmiş
insanlara Ağsunun isti havası ağır gəlir.
Sağlamlıqlarında problem hiss etməyə başlayırlar.
Beləliklə də 2004-cü ildə
İsmayıllı rayonunun
Mücühəftəran kəndinə
köçürlər.
Nəriman hazırda 4 qız və 1 oğul atasıdır. Artıq qızlarının hamısını el adəti
üzrə gəlin köçürüb. Oğlunu isə
əsgərliyə göndərməyə
hazırlaşır.
Burada əsasən
maldarlıqla məşğul
olan ikinci qrup əlil Nəriman hazırda sağlamlığının pisləşdiyini,
ona görə də əvvəlki kimi təsərrüfatla məşğul ola
bilmədiyini deyir. Bununla belə, o, hər zaman dövlət qayğısı ilə əhatə olunmalarına
görə minnətdarlığını
bildirir. Həmçinin
deyir ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd
Sadıqov İsmayıllıda
məskunlaşmış 16 ailə və 44 xocalılıya hər zaman diqqət göstərir. Onların problemlərinə həssas yanaşır və davamlı həllinə dəstək
verir, zəruri ehtiyaclarının ödənilməsinə
kömək göstərir.
Əli SƏLİMOV
Azərbaycan.-
2019.-23 fevral.- S.6.