Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə

 

Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2019-cu il.

 

Azərbaycan.- 2019.- 24 fevral.- S.1.