Estoniya Respublikasının
Prezidenti Zati-aliləri
xanım Kersti Kalyulayda
Hörmətli xanım
Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 fevral 2019-cu il.
Azərbaycan.- 2019.- 24 fevral.-
S.1.