“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun 2-ci maddəsi aşağıdakı
redaksiyada verilsin:
"Maddə
2. Keçid müddəaları
2.1. Bu qanunun
1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələri 2018-ci il iyulun 1-dən tətbiq edilir.
2.2. Bu qanun
(1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə
minir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.1.