Azərbaycan Respublikasının Ailə Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
14-cü bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikası
Ailə Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 3 (I kitab), maddə
126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə
66, №11, maddə 923, № 12, maddələr
1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə
1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə
70, № 3, maddə 171, № 5, maddə
380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə
1110; 2014, № 12, maddə 1515; 2015, №4, maddə 348) 164.1-ci maddəsində
"təqdim edildikdə”
sözləri "əsasında”
sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu sənədlər
üzrə məlumatların
elektron informasiya sistemlərindən əldə
edilməsi mümkün
olduğu hallarda həmin sənədlər
şəxslərdən tələb
olunmur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.- S.2.