Azərbaycan Respublikasının 2008-ci il
1 fevral tarixli 541-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət
sənədi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 3, maddə
157, ¹ 10, maddə 886; 2013, ¹ 7, maddə 792; 2014, ¹ 11, maddə
1348) ilə təsdiq edilmiş "Dənizçinin
şəxsiyyət sənədi
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 3-cü maddədə
"verilə bilər”
sözləri "verilir”
sözü ilə əvəz edilsin.
2. 7-ci maddənin
ikinci cümləsi çıxarılsın.
3. 8-ci maddə üzrə:
3.1. ikinci cümlədə "şəxsiyyət
vəsiqəsini, ixtisas
diplomunu, sağlamlığı
haqqında tibbi arayışı, hərbi
vəzifəsi haqqında
hərbi biletini və ya təhkim
şəhadətnaməsini, lazım olarsa, əcnəbilərin və
ya vətəndaşlığı
olmayan şəxslərin
şəxsiyyətini təsdiq
edən sənədləri”
sözləri "ixtisas
şəhadətnaməsini (diplomunu) və sağlamlığı haqqında
tibbi arayışı”
sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı
məzmunda üçüncü
cümlə əlavə
edilsin:
"Vəsatətdə
(ərizə-anketdə) qeyd
edilmiş digər məlumatların yoxlanılması
üçün şəxsiyyət
vəsiqəsi, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet,
əcnəbilərin və
ya vətəndaşlığı
olmayan şəxslərin
şəxsiyyətini təsdiq
edən sənədlər
üzrə məlumatların
elektron informasiya sistemlərindən əldə
edilməsi mümkün
olduğu hallarda həmin sənədlər
ərizəçidən tələb
olunmur.”.
4. 17-ci maddəyə
"sahibinin” sözündən
əvvəl "etibarlıq
müddəti bitdikdə
(dənizçi vəzifəsində
işləməyin davam
etdirilməsi üçün),
onun” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.2.