“Xəzər dənizində insidentlərin qarşısının
alınması haqqında” Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Xəzər
dənizində insidentlərin
qarşısının alınması
haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.- S.2.