“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1109; 2017, ¹ 11, maddə 1973; 2018, ¹ 11, maddə
2232; Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1430-VQD nömrəli
Qanunu) 2.1-ci maddəsinə
"vergi yoxlamaları,”
sözlərindən sonra
"maliyyə bazarları
sahəsində aparılan
yoxlamalar,” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.3.