“Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə
496, ¹ 7, maddə 821; 2016, ¹ 6, maddələr 999, 1007; 2017, ¹ 10, maddə 1769; 2018, ¹ 7, I kitab,
maddə 1425; Azərbaycan
Respublikasının 2018-ci il
12 oktyabr tarixli 1280-VQD
və 1283-VQD nömrəli
qanunları) 6.4-cü maddəsindən
sonra aşağıdakı
məzmunda "Qeyd” hissəsi əlavə edilsin:
"Qeyd. Bu qanunun
6.4.1-ci maddəsində nəzərdə
tutulmuş sənəd
üzrə məlumatların
elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb
olunmur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.4.