“Azərbaycan Respublikası Hökuməti ilə
Türkmənistan Hökuməti arasında gəlirlərə
və əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan
qaldırılması haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması
haqqında” 2018-ci il noyabrın 22-də Aşqabad
şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.4.