“Azərbaycan Respublikası Hökuməti ilə
Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri
üzrə Azərbaycan-Türkmənistan Birgə
Komissiyasının yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
nəqliyyat, tranzit və logistika məsələləri üzrə
Azərbaycan-Türkmənistan Birgə Komissiyasının
yaradılması haqqında”
2018-ci il noyabrın
22-də Aşqabad şəhərində
imzalanmış Saziş
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.4.