Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkmənistanın
Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun Birgə Bəyanatının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti
Qurbanqulu Berdiməhəmmədovun
2018-ci il noyabrın 22-də Aşqabad
şəhərində imzalanmış
Birgə Bəyanatı
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.- S.4.