“Azərbaycan Respublikasının
“Sərhəddə fərqlənməyə görə”
medalının Əsasnaməsinin və təsvirinin təsdiq
edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı
Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq
edilməsi haqqında”, “Əhalinin
sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”,
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Seçki Məcəlləsində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq, "Sərhəd
qoşunları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
1. Azərbaycan Respublikasının 1993-cü il
6 dekabr tarixli 760 nömrəli Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1993, ¹ 23-24, maddə 683; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə
141; 2002, ¹ 5, maddə 252; 2004, ¹ 4, maddə 199, ¹ 5, maddə
312; 2013, ¹ 11, maddə 1248) ilə
təsdiq edilmiş
"Sərhəddə fərqlənməyə
görə” medalı
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci maddədə
"qoşunlarının” sözü "mühafizə
orqanlarının” sözləri
ilə əvəz edilsin;
1.2. 3-cü maddənin
yeddinci abzasında
"qoşunlarına” sözü
"mühafizə orqanlarına”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1995, ¹ 22, maddə 347; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 3, maddə
133, ¹ 5, maddə 312; 2007, ¹ 8, maddə 754, ¹ 11, maddə
1078; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə
71; 2012, ¹ 5, maddə 408; 2014, ¹ 2, maddə 86; 2016, ¹ 1, maddə
6; 2017, ¹ 3, maddə 327; 2018, ¹ 1, maddə 8, ¹ 10, maddə
1968) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin Qarnizon
və qarovul xidmətləri nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. preambulanın
ikinci abzasından
"və Azərbaycan
Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş
digər qoşunların”
sözləri çıxarılsın;
2.2. 4-cü maddənin
ikinci hissəsində
"Daxili və sərhəd qoşunlarında”
sözləri "Daxili
qoşunlarda və sərhəd mühafizə
orqanlarında” sözləri
ilə əvəz edilsin, "qoşunların”
sözündən sonra
"(orqanların)” sözü
əlavə edilsin;
2.3. 15-ci maddənin
ikinci hissəsində
"Azərbaycan Respublikası
Silahlı Qüvvələri
və qoşun növlərinin müxtəlif
birləşmələrinin, eləcə də xüsusi qoşunların”
sözləri "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin” sözləri
ilə əvəz edilsin;
2.4. 34-cü maddədən
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
növləri, həmçinin
Sərhəd Qoşunları
və Daxili Qoşunlar üzrə” sözləri çıxarılsın;
2.5. 243-cü maddənin
beşinci hissəsində
"Sərhəd Qoşunlarının”
sözləri "sərhəd
mühafizə orqanlarının”
sözləri ilə,
"qoşunların” sözü
"orqanların (qoşunların)”
sözləri ilə əvəz edilsin.
3. "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 6, maddə
497; 1999, ¹ 5, maddə 285; 2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə
328; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə
396, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028;
2007, ¹ 6, maddə 560, ¹ 11, maddə
1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə
46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962; 2011, ¹ 2, maddələr
70, 71, ¹ 7, maddə 616; 2012, ¹ 6, maddə 510; 2013, ¹ 11, maddələr
1285, 1305, 1316; 2015, ¹ 2, maddə 104, ¹ 4, maddə 345, ¹ 6, maddə
681; 2016, ¹ 2, maddə 189, ¹ 4, maddə 658; 2017, ¹ 6, maddə
1060, ¹ 7, maddə 1262) 44-cü maddəsinin birinci hissəsindən "və
sərhəd qoşunlarının,
habelə daxili qoşunların” sözləri
çıxarılsın.
4. Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə
328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə
886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə
312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə
1078; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 695, ¹ 12, maddə
1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə
501; 2015, ¹ 10, maddə 1086, ¹ 11, maddə 1250; 2016, ¹ 1, maddə
16; 2017, ¹ 3, maddə 328, ¹ 12 (I kitab) maddə 2207; Azərbaycan Respublikasının
2018-ci il 27 noyabr tarixli 1344-VQD nömrəli
Qanunu) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”nin
7-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
4.1. birinci abzasda "Hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanunu” sözləri
"Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanunu” sözləri ilə əvəz edilsin;
4.2. ikinci
və üçüncü
abzaslar aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının Silahlı
Qüvvələrində (Azərbaycan
Ordusunun və sərhəd mühafizə
orqanlarının hərbi
gəmiləri (katerləri)
və bu gəmilərin (katerlərin)
döyüş təminatını
həyata keçirən
sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə
tutulmuş digər dövlət orqanlarında
(dövlət orqanlarının
strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir;
Azərbaycan Ordusunun
və sərhəd mühafizə orqanlarının
hərbi gəmilərində
(katerlərində) və
bu gəmilərin (katerlərin) döyüş
təminatını həyata
keçirən sahil hissələrində - kiçik
miçman, miçman,
baş miçman.”.
5. "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (I kitab), maddə
580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə
464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə
1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə
1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12, maddə
2191) 6.2.4-cü maddəsində "Azərbaycan Respublikasının
müdafiəsini və
təhlükəsizliyini təmin
etmək üçün
saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının” sözləri
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi əmlakı”
sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan
Respublikasında dövlət
dili haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 1, maddə
2, ¹ 8, maddə 415; 2004, ¹ 8, maddə 598; 2007, ¹ 11, maddə
1053; 2011, ¹ 6, maddə 483; 2017, ¹ 1, maddə 5) 11.2-ci maddəsindən
"sərhəd qoşunlarında
və daxili qoşunlarda,” sözləri
çıxarılsın.
7. Azərbaycan Respublikasının Seçki
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 6, maddə
274, ¹ 12 (I kitab), maddə
680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə
62, ¹ 4, maddə 278, ¹ 7, maddələr
576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə
457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə
592; 2011, ¹ 3, maddə 163; 2012, ¹ 5, maddə 409; 2013, ¹ 6, maddə
592; 2015, ¹ 5, maddə 490; 2017, ¹ 5, maddə 705; 2018, ¹ 1, maddə
4, ¹ 3, maddə 389) 35.5-ci maddəsinin
beşinci cümləsində
"Sərhəd qoşunlarının”
sözləri "Sərhəd
mühafizə orqanlarının”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 24 fevral.-
S.4.