“Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası
Qanununun 21-ci maddəsinə
uyğun olaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının Qızılağac
Milli Parkı haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti və Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi bu fərmandan irəli gələn məsələləri
həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 fevral 2019-cu il
Azərbaycan.- 2019.-24 fevral.-
S.2.