“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 12 fevral tarixli 1503-VQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən
insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi
maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə
aparılmasına yol verilən
yoxlamaların Siyahısı”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 fevral tarixli 1503-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 10, maddə
1132; 2016, ¹ 8, maddə 1384, ¹ 10, maddə 1633; 2017, ¹ 4, maddə
565, ¹ 11, maddə 1997) ilə
təsdiq edilmiş
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən insanların həyat və sağlamlığına,
dövlətin təhlükəsizliyinə
və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.4-cü və
1.5-ci bəndləri ləğv
edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2019-cu il
Azərbaycan.- 2019.-24 fevral.-
S.3.