“Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli
Qanununda dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli
1462-VQD nömrəli Qanununun tətbiqi və
“Büdcə sistemi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli
Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli
809 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 dekabr tarixli 419 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli
Qanununda dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1462-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli
Qanununun tətbiqi və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 31
oktyabr tarixli 809 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 21 dekabr tarixli 419 nömrəli Fərmanının 4-cü hissəsi
aşağıdakı redaksiyada
verilsin:
"4. Müəyyən edilsin ki:
4.1. Bu fərmanın 2.2-ci ("Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə), 2.3-cü və 2.4-cü ("Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə) bəndləri 2018-ci il iyul ayının 1-dən qüvvəyə minir;
4.2. Bu fərman (2.2-ci ("Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə), 2.3-cü və 2.4-cü ("Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə) bəndləri istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral
2019-cu il
Azərbaycan.- 2019.-24 fevral.-
S.3.