ATƏT PA-nın sessiyası çərçivəsində
Azərbaycanın bu təşkilatla
münasibətləri müzakirə edilib
ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında iştirak etmək məqsədilə fevralın 19-dan 23-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova səfər çərçivəsində ikitərəfli görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın prezidenti Georgi Tsereteli ilə görüşdə Azərbaycan-ATƏT PA münasibətləri, qış sessiyasının gündəliyində duran məsələlər, o cümlədən həlli uzadılan münaqişələr, seçkilərə müşahidə missiyalarının müşahidəçiləri üçün təlimat müzakirə olunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT
PA-nın siyasi məsələlər və
təhlükəsizlik komitəsinin sədri, İsveçrə
parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo
Lombardi ilə görüşdə
parlamentlərarası əlaqələrin perspektivləri, Assambleya çərçivəsində əməkdaşlıq
məsələləri ətrafında məsləhətləşmələr
keçirilib. Görüş
zamanı, həmçinin qarşılıqlı əhəmiyyət
kəsb edən bir sıra məsələlərə
toxunulub.
Azərbaycan.- 2019.-24 fevral.- S.5.