Xocalı soyqırımının ildönümü
ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin
qarşısında aksiya keçirilib
Ermənistanın İsveçin paytaxtı
Stokholmdakı səfirliyinin
qarşısında Skandinaviya
Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı
faciəsinin növbəti
ildönümü ilə
əlaqədar aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçdə fəaliyyət göstərən müxtəlif diaspor cəmiyyətlərinin və fəalların qatıldıqları aksiyada Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında məlumat verən plakatlar qurulmuşdu. Əllərində Azərbaycan, Türkiyə və İsveç bayraqları olan aksiya iştirakçıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirilmiş amansız hərbi əməliyyatlarla bağlı yerli ictimaiyyəti məlumatlandırıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı haqqında müxtəlif dillərdə informasiyanın olduğu broşürlər Stokholm sakinlərinə təqdim olunub.
Daha sonra
Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən
Xocalı hadisələri haqqında bəyanat qəbul olunub. İsveç
hökumətinə, parlamentinə, Ermənistanın
İsveçdəki səfirliyinə ünvanlanmış bəyanatda
Xocalı faciəsi ilə bağlı ətraflı məlumat
verilib. Sənəddə
qeyd olunub ki, bir gecə ərzində
613 nəfər Xocalı sakininin qətlə
yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 487
şəxsin yaralanması və 1275 nəfərin əsir
götürülməsi, 197 sakinin itkin düşməsi dünya
ictimaiyyəti tərəfindən kəskin şəkildə
pislənməli, gələcəkdə belə faciələrin
baş verməməsi üçün
Xocalı hadisələrinə düzgün
siyasi qiymət verilməlidir.
Azərbaycan.- 2019.-24 fevral.- S.6.