Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı
Sərgisində təmsil olunur
Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
“Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.
Qeyd edək
ki, hər il 630-650 min ziyarətçi, minlərlə
iştirakçı, 32 min mütəxəssis
kənd təsərrüfatındakı yeniliklərlə
tanış olmaq üçün
bu beynəlxalq sərgiyə
qatılır. Builki sərgi martın 3-dək
davam edəcək.
Azərbaycan.- 2019.-24 fevral.- S.8.